Super User
61 yaşlı qadın dəm qazından boğularaq ölüb…
Şəkidə isə 61 yaşlı qadın dəm qazından boğulub ölüb. Yaxınları şəhər sakini Xatın İsaqovanı huşsuz vəziyyətdə hamamda tapıblar. Dərhal Təcili Tibbi Yardım Briqadası çağrılsa da onun artıq keçindiyi məlum olub.
Bu gün od çərşənbəsidir…
Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. El arasında od çərşənbəsinə “Üzgü çərşənbə”, “Addı çərşənbə” , “ocaq çərşənbəsi” də deyirlər. İsmayıllıda od çərşənbəsi özünəməxsus şəkildə qeyd edilir.
Novruz bayramı və onun tərkib hissəsi olan ilaxır çərşənbələrinin bir əsrarəngizliyi də ondadır ki, bu zaman insan özünü təbiətlə bir sırada qoyur, özünü təbiətin bir parçası kimi görür və onunla eyniləşdirir. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Müxtəlif xörəklər bişirilməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. İnsanların inancına görə,süfrənin bollu, bərəkətli olması, ilin şirin və sevinc dolu keçməsinə səbəb olur. Beləliklə, Novruz və ondan əvvəl keçirilən çərşənbələr Azərbaycan xalqının həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür. Od çərşənbəniz mübarək, ocağınız daima nurlu olsun!
Cərrah, mama-ginekoloq Zülfiyyə İmanova "Həkimcanlı"da - 28.02.2023
Qazlaşmış kənddə qazsız qalanlar…
Şəkinin iri kəndllərindən biri olan Baş Göynük kəndi 10 ilə yaxındır ki, qazlaşsa da 60-dan artıq ailə bu prosesdən kənarda qalıb. Və onların qaz həsrəti illərdir bitmək bilmir. Qazsız keçən hər günə görə yaşıllıqları məhv etmək məcburiyyətində qalırlar, maddi cəhətdən də ziyana düşürlər. Qazın çəkilməsi ilə bağlı dəfələrlə aiddiyyatı qurumlara müraciətlər etdiklərini bildirən sakinlər verilən vədlərə əməl olunmadığından gileylənirlər. Azəriqazdan məsələ ilə bağlı bildirilib ki, mövcud vəziyyətdən xəbərdardırlar. Qeyd edək ki, ümumilikdə Şəkinin qazlaşma səviyyəsi 92%dir. Və bu il daha 2 yaşayış massivinin qazlaşması nəzərdə tutulur.
Od Çərşənbəniz Mübarək!
“Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliği və öyrənilməsi”
Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası bu dəfə futbol vasitəsi ilə…
Zaqatalada “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Dövlət Agentliyi”nin dəstəyi ilə "MƏDİNƏ" Humanitar Yardım Təşkilatı ictimai birliyinin təşkilatçılığı, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, "FENCİNG" İdman Klubu və "DİFAİ" Futbol Klubunun iştirakı ilə "Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması layihəsi" çərçivəsində rayonunun müharibə iştirakçıları ilə görüş keçirilib. Görüşün əsas məqsədi müharibə iştirakçılarının yer aldığı komandaların yaradılmasıdır. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ulu Öndər" Kuboku yarışının keçirilməsi və 2023/2024-cü il mövsümündə Region liqası yarışlarına qatılmasıdır. Rayonu təmsil edəcək bu komanda qalib olduğu halda gələcəkdə daha yüksək turnirlərdə iştirak edə biləcək. Müharibə itirakçılarından ibarət futbol komandasının bir ilk olduğunu da tədbir iştirakçıları vurğulayıb.
Xocalı faciəsinin qurbanları anılıb…
Şamaxıda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb. Rayon İcra Hakimiyyətinin , hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri soyqırım abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər düzərək faciə qurbanlarının əziz xatirəsinə ehtiramlarını bildiriblər. Ardınca keçirilən tədbirdə Xocalı qətliamının dünyada tanıdılması istiqamətində görülən işlərdən söhbət açılıb. “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2009-cu ildə irəli sürülmüş Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işlərinin uğurla davam etdirildiyi vurğulanıb. Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında keçirilən tədbirdə isə Xocalı qətliamının yalnız Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilən tarixi cinayət olduğu vurğulanıb.
Zaqatala rayonunda da rəsmi şəxslər, Xocalı sakinləri və ictimaiyyət nümayəndələri soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər. Tədbirdə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin dəhşətli nəticələri, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Zaqatalada məskunlaşmış Xocalıdan olan ailələrə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımı göstərilib.
Şəkidə məskunlaşan Xocalı 1 saylı orta məktəbin şagirdlərinin o dəhşətli günlə bağlı təsəvvürlərini özündə əks etdirən əl işlərinin, rəsm əsərlərinin Şəki Dövlət rəsm qalereyasında nümayiş olunduğu sərgi keçirilib. Tədbirdə vurğulanıb rəşadətli ordumuz erməni faşistlərindən günahsız Xocalı qurbanlarının intiqamını 44 günlük müharibədə alsa da hələ də dünya ictimaiyyəti tərəfindən bu qanlı cinayətə hüquqi qiymət verilməyib. Rəsmi hissədən sonra ədəbi bədii kompozisiya təqdim edilib.
Lənkəran Dövlət Dram Teatrında isə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş edilib. Kompozisiyada Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğu göstərilib, eyni zamanda yetişməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə olunması, vətənə, torpağa məhəbbət hissi aşılanıb. Erməni fitnəkarlığından bəhs edən səhnə əsəri dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyir.
“EMEDIA GROUP” Media təşkilatı və "BAKI GƏNCLƏR MƏRKƏZİ" nin birgə təşkilatçılığı Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş "XOCALI TARİXİN QAN YADDAŞI" adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd Xocalı Soyqırımını Azərbaycan gənclərinə aşılamaq və onlarda dahada Vətənpərvər gücü artırmaqdır. Tədbirdə bildirilib ki, Xocalı soyqırımının 31-ci ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir. Gecəyə qatılan iştirakçılar Xocalı Soyqırımı haqqında xatirələrini danışıblar və hər biri qeyd edib ki, erməni terrorunun nəticəsində vəhşicəsinə qətlə yetirilən soydaşlarımızın qanı yerdə qalmayacaq. Sonda Heykəltaraş və Rəssamlar "XOCALI TARİXİN QAN YADDAŞI" adlı sərgidəki iştiraklarına görə sertifikatlarla təltif edilib.