Super User

Super User

Su və ya palçığın yolda piyadalara qəsdən sıçradılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibati məsuliyyət yaradır.  Lakin əksər sürücülərin bundan xəbəri yoxdur.  Bu cür hərəkətlərə yol verən sürücülər barəsində hər bir vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Belə olan təqdirdə həmin sürücü barəsində protokol tədbiq edilərək cərimə yazılacaq. Əlbəttə asfalt örtüyü yararsız olan yollar Şəkidə az deyil. Bu yollarda analoji halların baş verməsi bəzən qaçılmaz olur. Ancaq  hər bir sürücü sükan arxasında ilk olaraq öz mədəniyyətini və peşəkarlığını göstərir. Unutmayaq ki, yol özü də bir mədəniyyətdir. Çalışaq öz mədəniyyətimizi daim qoruyaq.  

Bazar, 26 Fevral 2023 08:34

Yaşayış evi külə döndü…

Balakəndə 4 otaqlı fərdi yaşayış evi yanıb. Hadisə gecə saat 3:30 radələrində rayonun Katex kəndində, 61 yaşlı Müxlisət Həbilovaya məxsus evdə baş verib. Yanğın baş verən vaxt ev sahibi mənzildə tək olub. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən və Zaqatala rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Buna baxmayaraq, ümumi sahəsi 160 kvadratmetr olan 4 otaqlı ev içərisindəki əşyalarla birlikdə yanıb. Yanğının hansı səbəbdən başverməsi hələ ki, məlum deyil.

O, nə biləydi ki, ömrünün ən gözəl çağında, 14 yaşında insanlığa sığmayan bəşəri müsibətin şahidi olacaq. Xocalı sakini Mürvət Məmmədovun taleyinə uşaqkən qocalmaq, Vətən həsrəti, şəhid ata, qardaş acısı ilə yaşamaq yazılıb. Özünün dediyi kimi, nə uşaqlıq görüb, nə də gənclik...Xocalı faciəsinin şahidlərindəndir. Onlar əslində bir böyük ailə olaraq Qərbi Azərbaycanın Göyçə mahalında yaşayırdılar. Ermənilərin vəhşi siyasəti onları qaçıb Xocalıya sığınmağa vadar etmişdi.Xocalıya gələnə qədər bir qardaşı Göyçədə şəhid olmuşdu. Qərbi Azərbaycanda bir qardaşını şəhid verən Məmmədovlar ailəsi qaçqın düşərək Xocalı şəhərinə pənah gətiriblər. Lakin tale bu şəhərdə də həmin ailənin üzünə gülmür, erməni vəhşiliyi onları burda da rahat buraxmır.  Çox keçmir ki, Xocalı soyqırımının canlı şahidlərinə çevrilirlər. 4 ay blokadada qalan şəhərin sakinləri təslim olmaq istəmir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya növbəti dəfə hücum edir. Hücum zamanı Mürvətin ailəsinin yaşadığı evə əl qumbarası atılır. Nəticədə anaları Nurxanım Məmmədova və azyaşlı uşaqları, o cümlədən Mürvət ayağından yaralanır. Ermənilər onları evə doldurub yandırmaq qərarı verəndə ölümdən son anda bir rus zabitinin köməyi ilə xilas olurlar. Həmin gecə Mürvətin ailəsi ermənilər tərəfindən girov götürülür. Xocalı dəhşətlərini gözləri ilə görən, yaşayan, ermənilərin törətdikləri qırğınların şahidi olan Mürvət söyləyir ki, girovlar çoxaldıqca ermənilər seçim edir, qız-gəlinə işgəncə verirdilər.....Əhməd adında kişinin başını kəsib futbol oynadılar. Mürvət ailəsiyilə birlikdə bir həftə Əsgəranda polis təcridxanasında saxlanılıb. Təcridxanadan atası ilə iki böyük qardaşını ermənilər Mürvət gildən ayıraraq başqa yerə aparıblar. O gündən sonra Mürxət uzun illər qardaşları və atasının nə ölüsündən, nə dirisindən xəbər tutmayıb. Taki 2008-ci ilə qədər. Qeyd edək ki, Mürvət əsirlikdən azad olduqdan sonra anası ilə birlikdə Qobustan rayonunda məskunlaşıb. Şuşalı bir qızla evlənib və iki övladı var.  Ailə üzvlərini, yaxınlarını, yurd-yuvasını itirərək köçkün həyatı yaşamağa məcbur edilmiş Mürvətin yeganə təsəllisi 44 günlük savaşda rəşadətli ordumuzun qazandığı parlaq qələbə ilə qisaslarının az da olsa alınmasıdır. İndi onun bir arzusu var səmasında acımasızcasına qətlə yetirilən günahsız ruhların dolaşdığı Xocalıya geri dönmək.

Son günlər ölkənin şimal-qərb bölgəsində yağışlı, qarlı və şaxtalı hava şəraiti höküm sürür. Ötən gün səhər saatlarından başlayaraq bölgəyə fasilələrlə qar yağır. Axşam və gecə saatlarında qarın yağması intensivləşib. Havanın hərarəti dağlıq ərazilərdə mənfi 10 dərəcəyə qədər aşağı düşüb. Oğuza 15 sm, Şəkiyə 20 sm, Qaxa 30 sm, Zaqatalaya 10 sm hündürlüyündə qar yağıb. Dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerləşən Qax rayonunun Sarıbaş kəndində isə hazırda qarın hündürlüyü 1 metrə çatır. Qar və şaxta səbəbindən kəndə gedən yol bağlanıb, əlaqə kəsilib. Hazırda bölgənin dağlıq və dağətəyi kəndlərinə qarın yağması davam edir.

Ermənilərin amansız qəddarlıqla törətdiyi qanlı qətliamdan sonra Zaqatalaya pənah gətirən 57 yaşlı Xocalı sakini Oruc Zeynalov həmin günü heç cür unuda bilmədiyini, o dəhşətli gecədə tanıdığı, sevdiyi, qohum əqrabalarının ölümünü gözləriylə gördüyünü deyir. Qətlə yetirilən günahsız insanların imdad çağırışları və bu çığırtıları, ah naləri bir dəfəlik susduran silah partlayış səslərinin qulaqlarından getmədiyini söyləyir müsahibimiz üzündə iztirab və qəhərlənmiş gözlərlə. Kədəri və nifrəti boğazında kilidlənən Oruc Zeynalov müsahibəni dayandırır. İtirdikləri yaxınlarını ağlayacaq bir qəbirləri belə yoxdur Zeynalovlar ailəsinin. Həmin qanlı gecədə ailə 2-si azyaşlı uşaq olmaqla 7 üzvünü itirib. Oruc Zeynalovun 2 qardaşından isə hələ də bir xəbər yoxdu. Xocalı faciəsində yaralı da olsa xilas olan ana balalarının ölü və ya dirisindən bir xəbər alacağı, Vətənə qayıdacağı günü gözləsə də Qələbə sevincini görmədən bir neçə il öncə dünyasını dəyişib. Zeynalovlar ailəsi Xocalı soyqırımını törədən erməni cinayətkarlarının cəzalanacağı günü səbrsizliklə gözləyirlər.

295 -dən səhifə 472

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S