Super User

Super User

“Mingəçevir” futbol klubunu daşıyan avtobus bu gün İsmayıllıda qəzaya düşüb. Hadisə Birinci Divizionun 20-ci turu çərçivəsində futbol komandası “Şamaxı-2” ilə səfər oyununa gedərkən baş verib.

Hadisə İsmayıllı-Şamaxı avtomobil yolunun Basqal qəsəbəsindən keçən hissəsində baş verib. Avtobusun sürücüsü Anar Qafarov sərt döngədə idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi qarşıdan gələn yük maşını ilə toqquşub.

Hadisə yerində yük maşınının sürücüsü, 74 yaşlı Əflatun Məmmədov və komandanın idman direktoru 55 yaşlı Zaur Qarayev ağır bədən xəsarətləri alıb. Klub rəsmisinin vəziyyəti ağır olduğu üçün Şamaxı Mərkəzi Xəstəxanasından Bakıya göndərilib. TƏBİB yaralıların vəziyyəti ilə bağlı məlumat yayıb. Qeyd edək ki, “Mingəçevir” futbol komandası “Şamaxı” ilə səfər oyununa gedərkən yolda qəzaya düşüb. Görüş təxirə salınıb. 

Ötən gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 29 şəhər və rayonda keçirilən imtahan üçün ümumilikdə 211 bina və 3741 zalı ayrılıb. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması “Azneft” İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.

İmtahanlarda 50 min 498 şagirdin iştirakı nəzərdə tutulurdu. Həmçinin 20 nəfər fiziki məhdudiyyətli abituriyent də iştirak edib. İlkin məlumatlara əsasən, 6 şagirddə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılacaq. Eyni zamanda imtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan şagirdlər də olub. Bu gündən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. Nəticələrinsə yaxın bir ay ərzində elan olunması nəzərdə tutulur. Əməkdaşlarımız imtahan prosesini Şəki və Bərdədə izləyiblər. 

Bazar ertəsi, 06 Mart 2023 17:05

"Şuşa üçün yarat"

Şamaxıda ASAN könüllüləri arasında “Şuşa üçün yarat” müsabiqəsi keçirilib. 80 gənc arasında gerçəkləşən müsabiqənin əsas məqsədi iştirakçıların innovasiyayönümlü potensiallarının aşkarlanması, onlar arasında komanda ruhu və quruculuğunun, ideya formalaşdırma bacarıqlarının inkişaf etdirilməsi, həmçinin gənclərə vətənpərvərlik ruhunu aşılamaq olub. Müsabiqə çərçivəsində “Şuşanı tanıt” komanda quruculuğu oyunları, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş intellektual yarış və “Şuşa üçün yarat!” ideya müsabiqəsi təşkil olunub. İdeyaların təqdimatından sonra ilk 3 yerə layiq görülən komanda dəyərli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin bütün iştirakçılar sertifikatla təltif olunublar.

290 -dən səhifə 472

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S