Super User
Xaricdən gətirilən yeni cins damazlıq heyvanların satışına başlanılıb...
Qobustan Heyvandarlıq Nümayiş Kompleksinə xaricdən yeni cins damazlıq heyvanlar gətirilib. “Aberdin-Anqus” cinsli inəklər kompleksin iribuynuzlu heyvanların saxlama fermasında standartlara uyğun şəraitdə saxlanılır, qidalandırılır və baytar nəzarəti edilir. Karantin müddəti bitdiyinə görə artıq inəklərin satışına başlanılıb. Bura iki il əvvəl istifadəyə verilən Qobustan Heyvandarlıq Nümayiş Kompleksidir. Buradakı heyvanların 60% dövlət güzəşti ilə satışı təşkil edilir. Xarici cins damazlıq heyvanların satışının təşkil edilməsində əsas məqsəd fermerlərin cins heyvanlara əlçatanlığına, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaqdı. Avropada geniş yayılmış və vətəni Şotlandiya olan cinslərdən olan ətlik istiqamətli Aberdin-Anqus inəkləri ekoloji şəraitə tez uyğunlaşan cins damazlıq heyvanlardır. Bu heyvanlar yerli cinslərin damazlıq xüsusiyyətlərinin təkmilləşdirilməsində istifadə olunur. Aberdin-Anqus inəklərinin məhsuldarlıq göstəriciləri olduqca yüksəkdir. Bu inəklərinin ətində yağ faizi digər inəklərə nisbətən 6 dəfə aşağıdır. Heyvanların çəkisi 1100 kiloqrama qədər çatır. İntensiv yemləmə zamanı çəki sutkada 800-850 qram artır. Satışa çıxarılan heyvanların yaşı 18-26 ay olmaqla, 3-8 aylıq boğaz düyələrdir. Burada fermerlər heyvanlara baxış keçirərək, sərgi satış mərkəzində istədikləri heyvanları əldə edə, həmçinin onlarla bağlı ətraflı məlumat əldə edə bilərlər. Bundan əlavə, 2022-ci il ərzində Kompleks vasitəsilə Təchizatçı şirkətlər tərəfindən ölkəyə gətirilmiş və yerli damazlıq təsərrüfatları tərəfindən yetişdirilmiş ümumilikdə 1261 baş iribuynuzlu cins-damazlıq heyvanların satışı həyata keçirilib ki, bunun da 219 başı yerli damazlıq təsərrüfatların payına düşür. Hansı ki, bu da öz növbəsində yerli damazlıq təsərrüfatlarının inkişafına öz tövhə və dəstəyini verib.
Şəkidə avtomobil piyadanı vurdu...
Şəki şəhəri Heydər Əliyev prospektində “KİA” markalı avtomobil yolu keçən piyadanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 65 yaşlı Ramazan Qafarlı Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xalq artisti Fidan Hacıyeva və professor Ziyad Səmədzadə "Xəzərin sahilində" 05.03.2023
Təhlükəli düşmən - Nəzarətsiz buraxılmış diabet! | Həkimcanlı 04.03.2023
Ümumdünya Vəhşi Təbiət Günü
2013-cü il dekabrın 20-də BMT Baş Assambleyası ictimaiyyətin vəhşi təbiətə dair məlumatlandırma səviyyəsini yüksəltmək məqsədilə Ümumdünya Vəhşi Təbiət Günü təsis edib. O gündən hər il martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günü kimi qeyd edilir. Bu məqsədlə İsmayıllıda yerləşən Şahdağ Milli Parkında "Açıq qapı" günü keçirilib.
"Dəyərlərimizlə müasirləşək" adlı layihənin bağlanışı olub...
Təhsil Nazirliyinin 6-ci Qrand müsabiqəsinin qalibi olan Şəki şəhər 17 saylı tam orta məktəbin “Dəyərlərimizlə müasirləşək” adlı layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə məktəbin şagird və müəllim kollektivi ilə yanaşı, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Məlumat verilib ki, 4 ay ərzində davam edən layihə çərçivəsində məktəblilərə milli dəyərlərimiz olan xalçaçılıq və oymaçılıq sənətinin incəlikləri öyrədilib. Layihədə məqsəd xalq sənətimizi tanıtmaq, eyni zamanda əl işi ilə fərqlənən şagirdləri üzə çıxarmaq olub. Təlimlərdə 20 şagird iştirak edib və mərasimdə gənc iştirakçıların əl işləri nümayiş olunub. Məktəblilər gələn qonaqlara ədəbi-bədii kompozisiyalar təqdim ediblər.
Zaqatalada narkotacir tutulub...
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər məhkum olunmuş Zeynal Barabaşov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən 90 qrama yaxın heroin və külli miqdarda tiryək aşkar edilib.
Saxlanılan şəxs ifadəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, Z.Barabaşovun digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.