Super User
Günəbaxan yağı, saxta günəbaxan yağı necə seçilir | Elə çarə 24.05.2023
Əbdül Xalıq yaşadığı güclü depressiyadan danışdı | Həyat Tərzi 24.05.2023
Cavanşir Məmmədov saytda öldüyü barədə xəbər yazan şəxsi axtarır... | Həyat Tərzi 23.05.2023
“Qaynana əməliyyatı” tamaşasına ictimai baxış olub…
Qax Mədəniyyət Mərkəzində İsmayıl Dağıstanlı adına Xalq Teatrının Əhməd Orucoğlunun “Qaynana əməliyyatı” komediyası əsasında səhnələşdirdiyi eyniadlı tamaşaya ictimai baxış olub. Teatrın rejissoru Gülşad Paşayevanın quruluş verdiyi tamaşanın rejissoru Şəmsəddin Quliyev, musiqi tərtibatçısı Coşqun Nəzirli, səhnə tərtibatçısı Elvin Əzimovdur. Tamaşada rolları həvəskar aktyorlar İbrahim Paşayev, Aydan Əhmədli, Şəmsəddin Quliyev, Vüsalə Mustafayeva, Ceyran Rəcəbova, Nəvai Əliyev və Yusif Qurbanov ifa ediblər. Teatrsevərlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi ilk tamaşa uğurlu keçib və tamaşacılar tərəfindən alqışlarla qarşılanıb.
Məktəbdə kütləvi zəhərlənmə…
Bu gün günorta saatlarında Şəkinin Qudula kənd orta məktəbində şagird və müəllimlərin özlərini pis hiss etməsi, zəhərlənmə ehtimalı ilə bağlı təcili yardıma müraciət edilib. Hadisədən zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimallara görə zəhərlənməyə məktəbdə aparılmış dezinfeksiya işi səbəb olub. Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada zərəçəkənlərə baş çəkib və prosesi davamlı olaraq müşahidədə saxladıqlarını bildiriblər. Faktla bağlı araşdırmalara başlanılıb Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və hazırda vəziyyətləri normaldır.
Eldar Ələkbərov: Nankor dostlarımı çox bağışlamışam, ancaq... | Xeyirli axşamlar 23.05.2023
Satılan qaymaqların əsl tərkibi | Elə Çarə 23.05.2023
Elmi konfrans keçirilib…
Azərbaycan Dövlət Pedoqoji Universitetinin və Şəki flialının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyi və Salman Mümtazın doğum gününə həsr edilmiş elmi konfrans keçirilib. Konfransda universitetlərin professorları, Salman Mümtazın nəvəsi, alimlər və ziyalılar iştirak ediblər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərinə diqqət çəkib, vurğulayıblar ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Ondan əlavə, qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, 1918-1920-ci illər Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil edir. Belə ki, müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan cümhuriyyət çox mühüm dövlətçilik tədbirləri həyata keçirib, qadınlara seçki hüququ tanıyan ilk dövlətlərdən olub. Konfransda həmçinin Salman Mümtazın həyat və fəaliyyətindən bəhs edilib.
“Ezop” tamaşası maraqla qarşılandı…
Tamaşada bizim eradan əvvəl 6-cı əsrdə yaşamış təmsilçi Ezopun qul həyatından, onun ruhən və cismən azad olmaq eşqindən, arzularından, xəyallarından ömrünün sonunadək heç zaman dönməyib mübarizə aparmasından bəhs olunur. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssam Elman Rəşidov, bəstəkarı Aleksey Yepifanov, baletmeysteri Çingiz Novruzəliyevdir. Tamaşada əsas rolları isə Əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə, aktyorlar Nazilə İmamhüseynova, Xəyal Salahov, Fidan Lətifova və Azad Məmmədov ifa ediblər. Şəhər rəhbərliyinin, teatrsevərlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi ilk tamaşa uğurlu keçib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Tamaşadan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı teatr kollektivinin yaradıcılıq uğurlarından danışıb və kollektivi təbrik edib.
Qobustanda ağır yol qəzası…
Qobustanda dəhşətli yol qəzası olub. Hadisə nəticəsində 1-i azyaşlı olmaqla, 5 nəfər vəfat edib. Qəzada ölən cütlük Bakıya nişan üzüyü almağa gedirmiş. Cəngi qəsəbəsində qeydə alınıb. “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla, 5 nəfər vəfat edib. Ölənlərdən 3-ü bir ailənin üzvləridir. Onlardan 33 yaşlı Məhərrəm Səmədov və 26 yaşlı Şəbnəm Səmədova ər-arvad, azyaşlı isə onların övladıdır. Digər həyatını itirənlər - 23 yaşlı Əmrah Nuriyev, 17 yaşlı Səmayə Talıbovadır. Xəsarət alan 51 yaşlı Şölə Nuriyeva isə Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.