Super User
Yaxşı deyək, yaxşı eşidək 25.04.2024
"Ayı başı" şəkilli qonaq evi...
Tikinti zamanı əl altında olan təbii materiallardan meşədəki ağaclarından, saman və palçıqdan istifadə edib. Tikilidə qonaqların istirahət etməyi və gecələməsi üçün də şərait yaradılıb. Belə ki, içəridə şam yandırmaq, mətbəx ləvazimatlarını yerləşdirmək üçün xüsusi rəflər, bir nəfərlik yataq, odun peçi mövcuddur. Yataq otağının qapısı palıddan hazırlanıb və hər iki tərəfdən bağlana bilir.
Zaqatala rayonunda Zərifə xanım Əliyevanın 101-ci il dönümü qeyd edilib...
Zaqatalada Zərifə Əliyevanın 101-ci ildönümü qeyd edilib. Heydər Əliyev muzeyində təşkil edilən dəyirmi masada rayonun fəal və ziyalı xanımları iştirak edib. Çıxış edənlər Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışaraq alimin bu sahədə apardığı elmi-tədqiqat işlərinin böyük səmərə verdiyini diqqətə çatdırıblar.
Vurğulanıb ki, onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, bu sahədə qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifə açıb. Əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Sonda Zərifə Əliyevanın həyat və yaradıcılığından bəhs edən film nümayiş edilib.