Şəkidə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər davam edir. Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı növbəti ağacəkmə aksiyası keçirilib.
Şəki-Oğuz magistral avtomobil yolunun kənarlarında minə yaxın eldar şamı əkilib. “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 11 500 ədəd ağacın əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.
Cümə axşamı, 17 Oktyabr 2024 15:34