Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər də analoji əməlinə görə məhkum olunmuş Süleyman Dadaşlını saxlayıb.
Ondan 1 kiloqrama yaxın heroin aşkar olunub. Saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan şəxsdən satmaq məqsədilə aldığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, Süleyman Dadaşlı barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Cümə axşamı, 17 Oktyabr 2024 15:08