Super User
Futbolda ilk addımlarını atan Şəkinin iddialı komandası maliyyə çətinlikləri yaşayır…
\"Şəki City\" böyük futbol arenasının yeni adlarındandır. Şəki rayonu hələlik Region liqasında təmsil olunur. Cari mövsümdə rayonun mübarizəyə qatılan iki komandasından biri olan yenicə yaranmış \"Şəki City\" klubu yarım final mərhələsinə qədər yüksəlməyi bacarıb. Müsahibimiz deyir ki, Şəki sity komandasının yaranmasında əsas məqsəd şəkili gənc istedadları ölkə futboluna qazandırmaqdır. Komandanın oyunlarına Şəkidə maraq da böyükdür. Yerli fanatlar da komandanın oyunlarında əla performans göstərir və müxtəlif şüarlarla “silahlanmış” publika mənzərəli yerdə yerləşən stadionda gözəl abu-hava yarada bilirlər. Oyun başlamadan öncə stadionu dolduran azarkeşlər 90 dəqiqə ərzində dayanmır, doğma komandalarını qələbəyə səsləyirlər. Klub rəhbəri Elgun Hüseynov deyir ki, mövsümün əvvəlində yaradılan komanda bütün çətinliklərə baxmayaraq məhz fanatlarının dəstəyi ilə uğurla çıxış etməkdə davam edir. Ancaq maliyyə çətinlikləri klubun inkişafı qarşısında ən böyük çətinlik olmaqla yanaşı onun komanda kimi varlığını da sual altında qoyur. Klub rəsmiləri Şəki sakinlərinə, imkanlı şəxslərə müraciət edərək onları komandaya dəstək olmağa çağırıblar. O əmindir ki, yetərli dərəcədə dəstək komandanın mövcud problemlərinin həllinə, klubun inkişafına səbəb olar, Şəkinin doğma komandası qısa bir zamanda böyük futbol arenasında öz yerini tutacaqdır.
Kənd tibb məntəqələri niyə dərdlərə əlac olmur?
Şəkinin Zunud kənd sakinini ilan vurması ilə bağlı məlumat vermişdik. Həmin sakinin vəziyyəti hazırda ağır olaraq qalır. Ailəsi iddia edir ki, zərdab anında vurulsaydı vəziyyət bu həddə çatmazdı. Bu iddia elə bu sahədəki boşluqları da gündəmə gətirir. Kəndlərdə tibb məntəqələri niyə var ?! Adi bir zərdabı, vaksini vurmaq ixtiyarında deyillərsə bu məntəqələr niyə fəaliyyət göstərir? Baxımsız, əksəriyyəti qəzalı vəziyyətdə olan bu cür məntəqələrin fəaliyyəti ilə bağlı niyə tədbirlər görülmür? Sujeti izləyək, görək cavab tapa biləcəyikmi? Kəndlərdə yaşayan insanlar, xüsusilə də şəhər mərkəzindən kilometrlərlə uzaqda yerləşən kəndlərin sakinləri ilkin tibbi yardım üçün tibb məntəqələrində dərman tapmaq problemi ilə qarşılaşırlar. Daha böyük problem isə məntəqələrdə ilan zəhərinə və ya hər hansı heyvan hücumuna qarşı zərdab, vaksinin olmamasıdır. Hansı ki, bu hadisələr kəndlərdə vaxtaşırı yaşanır. Nəticədə hər hansı heyvan hücumuna məruz qalan şəxs məcbur olub rayon mərkəzindəki xəstəxanaya aparılır. Əgər kənd mərkəzdən uzaqdırsa vay o xəstənin halına... Məntəqələrdə dərman preparatlarının tapılmaması bir tərəfə, əksəriyyət kəndlərdə tibb mətəqələri 21-ci əsrin səhiyyəsi ilə müqayisə edildikdə xeyli geridə qalır. Qəzalı vəziyyətdə, ciddi təmirə ehtiyacı olan binalara xəstələr müraciət edərkən öz canından ikiqat ehtiyyat edir. Daha bir problem isə nəzarət olmadığından məntəqələrdə işçilərin tapılmamasıdır. Elə Zunud kəndində olduğu kimi... Məsələ ilə bağlı TƏBİB-dən isə bildirildi ki, ... Beləliklə, TƏBİB rəsmisinin açıqlamasına inansaq, deməli tibb məntəqələri yetərincə tibbi avadanlıqlarla, preparatlarla təmin olunub və fəaliyyətləri də normaldır. Ancaq bizim gördüklərimiz, sakinlərin və hətta tibb məntəqələrində çalışanların dedikləri isə bütün bunlarla üst-üstə düşmür. Hər halda söhbət insan həyatından gedirsə bu sahədə yaranan boşluqlar ciddi nəzarətə götürülməlidir #kanals#xəbər#təbib#tibb
Qaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib...
Şəkidə yol qəzasında 3 nəfər xəsarət aldı...
Şəki-Bakı mikroavtobusu minik maşını ilə toqquşdu, xəsarət alanlar var...
Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə İsmayıllı-Qəbələ avtomobil yolunda, Qəbələnin Nohurqışlaq kəndi ərazisində qeydə alınıb. Şəki-Bakı marşrutu ilə hərəkət edən mikroavtobusun minik maşını ilə toqquşması nəticəsində 20 nəfər xəsarət alıb. Xəsarət alanlar Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində vəziyyəti ağır olan 3 nəfərin, Təcili tibbi yardım şöbəsində isə vəziyyətləri stabil olan 8 nəfərin müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır. #kanals#xəbər#qəza#qəbələ
Eşitməyən qalmasın 26.05.2023
Ciyərimizi dağıdan viruslar | Həkimcanlı 26.05.2023
Terapevt-reanimatoloq Aynurə Babayeva \"Həkimcanlı\"da 26.05.2023
Premium People Awards 2023
“Play Media Group” Ulu Öndərin 100 illiyinə həsr olunan “Premium People Awards 2023” mükafarlandırma gecəsi keçirilib. Mərasimdə Kanal S-də mükafa layiq görülüb. Kanal S-in “Həyat tərzi” verilişinin aparıcısı Lamiyə Ələkbərqızı mükafatlandırılıb. Eyni zamanda “Premium People Awards 2023” mükafatlandırma gecəsində millət vəkilləri, dövlət sənətçiləri, media sənayesinin tanınmış şəxsləri və müxtəlif sahələrdə uğur qazanan şirkətlər bu möhtəşəm gecədə mükafatlarını alaraq uğurlarını taclandırıblar. Onu da qeyd edək ki, Kanal S hələ yolun başındadır. Hazırda uçuş zolağında sürət yığan televiziyamızın çox yaxın zamanlarda əlçatmaz zirvələrdən səsini eşidəcəksiniz.