Super User

Super User

Cümə axşamı, 25 May 2023 15:53

Şəkinin Zunud kənd sakinini ilan sancıb...

49 yaşlı Namiq Qurbanov həyətyanı sahədə çalışarkən onun sol qolundan ilan sancıb. Nəticədə Namiq Qurbanovun vəziyyəti ağırlaşıb. Onu dərhal Şəki RMX-na çatdırıblar. Burada Namiq Qurbanova ilkin tibbi yardım göstərilib, zəhər əlehinə zərdab vurulub və reanimasiya şöbəsinə yerləşdirilib. Şəki RMX-dan verilən məlumata görə hazırda Namiq Qurbanovun vəziyyəti ağırdır. #kanals#xəbər#ilansancma

Cümə axşamı, 25 May 2023 15:50

Çölləri bəzəyən əsrarəngiz gözəllik...

Yaz fəslində çiçəklərin açmasi ilə zəmilərdə möhtəşəm mənzərə yaranır. Xüsusilə də yol kənarlarında lalə, lavanda və digər çiçəklərin yaratdığı rəngarəng mənzərə yoldan keçənləri ayaq saxlamağa vadar edir. Təbii xalçaya bənzəyən laləli çölləri əməkdaşımız Cavanşir Seyfəddinoğlu kameranın yaddaşına köçürüb Bu möhtəşəm görüntülər Şamaxı rayonunda lentə alınıb. Muğanlı-İsmayıllı avtomobil yolunun kənarında, Mirikənd kəndinin ətrafında sinəsi laləli sahələr görənləri heyran edir... Gözəlliyinə nəğmələr qoşulan, şeirlər söylənən, cəmi bir neçə gün ömrü olan, kövrəkliyini bənövşədən, rəngini qızılgüldən alan al-qırmızı lalələr rayonun dörd bir yanında füsunkar mənzərə yaradıb. Yamyaşıl çəmənliklərdə boy verən lalələr yerli sakinlərlə yanaşı, qonaqların, yaradıcı insanların, bir sözlə böyükdən-kiçiyə hərkəsin diqqətini cəlb edir. Yoldan keçənlər ayaq saxlayıb şəkil çədirməyi də unutmurlar. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında isə bənövşəyi-parlaq lavandaların və digər bitkilərin yaratdığı özünə məxsus gözəlliklərdə baharın təravətli ətiri hiss olunur. Qeyd edək ki, Şamaxı rayonu flora və bitki örtüyü baxımından Azərbaycanın ən zəngin rayonlarından biridir. Azərbaycanda dağ çöl formasiyasının ən geniş areallarından biri də məhz bu rayonun payına düşür. #kanals#xəbər#lalələr#şamaxı

Şəkinin Qudula kənd məktəbində ötən gün 27 nəfərin zəhərlənmə ilə bağlı rayon mərkəzi xəstəxanasına müraciətindən sonra bu gün də evə buraxılan xəstələrin bəziləri yenidən xəstəxanaya aparılıb. Valideynlər iddia edir ki, dərmanlanma prosesi və sonra təhlükəsizlik qaydaları kobud şəkildə pozulub. Şəki regional təhsil idarəsindən bildirilib ki, Qudula kənd orta məktəbindən götürülmüş müvafiq nümunələrdən müsbət cavab alınanadək məktəbdə tədris dayandırılıb. Keçirilməyən dərslər isə istirahət günlərində əvəzlənəcək. Respublikanın baş toksikoloqu isə zəhərlənmə faktının təsdiqini tapmadığını deyir. Beləliklə, hər bir halda görünən odur ki, dezinfeksiya işləri aparılan zaman elementar təhlükəsizlik qaydaları bilərəkdən və ya bilməyərəkdən kobud şəkildə pozulub.  Xatırladaq ki, faktla bağlı hüquq mühafizə orqanları araşdırmanı davam etdirir. Müvafiq ekspertizalar təyin olunub. Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı  olaraq məsələyə hüquqi qiymət veriləcək. 

Çərşənbə, 24 May 2023 17:12

Uşaq hüquqlarının qorunması…

Audiovizual Şura uşaqların hüquqlarının qorunması prinsiplərini əsas tutaraq efirə gedən materiallar arasında monitorinqlər həyata keçirir. Telekanallar monitorinqlərin nəticələri barədə məlumatlandırılır. Telekanallarda uşaqlarla bağlı material hazırlanarkən onların hekayəsi və ya görüntüsünün yer aldığı mövzularda təqdimetmənin uyğunluğuna diqqət edilməlidir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Gəncədə keçirilən dəyirmi masada uşaqlara dair strategiyanın keçirilməsi üzrə şuranın 2020-2025-ci illəri əhatə edən fəaliyyət planı haqqında da məlumat verildi. “Audiovizual mediada uşaq hüquqlarının müdafiəsi” mövzusunda təşkil edilən tədbirdə uşaq hüquqlarının müdafiəsinin qorunması mövzusunda müzakirələr aparıldı. Müzakirələrdə Kəpəz Tv, El Tv, Kanal S, ARB Günəş və digər televiziyaların əməkdaşları da iştirak etdilər. Uşaqların təhlükəsizliyi, hüquq və mənafelərinin qorunması barədə fikilər səsləndirildi. Belə tədbirlərdə valideynlərin də iştirakı təklif edildi.

255 -dən səhifə 472

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S