İntensiv yağıntılar lokal aktivləşmələrə və bəzi yerlərdə sürüşmə hadisəsinin baş verməsinə gətirib çıxarıb. Bəzi avtomobil yollarında, xüsusilə Bakı-Şamaxı, Şamaxı-Pirqulu və Şamaxı-İsmayıllı avtomobil yollarının keçdiyi yerlərdəki mövcud sürüşmə sahələrində aktivləşmənin baş verməsi ehtimalı artıb. Geoloji Kəşfiyyat İdarəsi bu ərazilərdə aparılan monitorinqlərin nəticəsini açıqlayıb.
Sürücülər də ərazidə təhlükənin olduğunu təsdiqləyir. Sürücülərə həmin istiqamətdəki yollardan zərurət olmadığı halda istifadə etməmək tövsiyyə olunur.
Çərşənbə, 16 Oktyabr 2024 15:20