Şəfaət Musayevin idarə etdiyi və Baş Göynük kəndi istiqamətində hərəkətdə olan Niva markalı avtomobil gecə saatlarında iribuynuzlu heyvanı vurub. Nəticədə avtomobilin sürücüsü 54 yaşlı Şəfaət Musayev və sərnişin 47 yaşlı Vüqar Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar dərhal Təcili Tibbi Yardımla Şəki RMX-na çatdırılıblar. Xəstəxanadan hər iki şəxsin vəziyyətinin orta-ağır olduğu bildirilib. Qeyd edək ki, hər iki şəxs də Baş Göynük kənd sakinləridir. Faktla bağlı araşdırma aparılır.
Bazar ertəsi, 22 Aprel 2024 13:07