Bazar ertəsi, 29 Aprel 2024 11:11

Akademik Zərifə Əliyevanın şərəfli ömür yoluna nəzər salınıb...

Şamaxıda görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib. Rayon İcra Hakimiyyəti və Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər görkəmli akademikin həyat və fəaliyyətindən danışıblar. Vurğulanıb ki, Zərifə Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alim yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib.

Həmçinin qeyd olunub ki,, Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım nəcib Azərbaycan qadını, vəfalı həyat yoldaşı, fədakar ana obrazının parlaq təcəssümüdür. Tədbirin sonunda Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan qısametrajlı film nümayiş olunub.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S