Bu yaz yenə Şamaxı çölləri al lalələrə bürünüb. Mülayim yaz havasında yaşılığın arasında qızaran lalə çiçəkləri sahələri cənginə alıb.. Ətrafı əsrarəngiz gözəlliyə qərq edən bu görüntüyə yoldan keçən insanlar da laqeyd qala bilmirlər.
Sinəsi laləli taxıl sahəsi son günlər hamının ayaq saxlayıb, şəkil çəkdirdiyi məkana çevrilib. Göz oxşayan, könül rahatladan bu mənzərəni seyr etdikcə insan ana təbiətin gözəlliyindən zövq alır. Və elə bu anda “Lalələr” mahnısı yada düşür...
Çərşənbə, 01 May 2024 14:12