Oğuzda qonşular arasında baş vermiş mübahisə zamanı biri digərinə odlu silahla hədə-qorxu gəlib. Polis əməkdaşları mübahisə edən tərəflərdən biri olan 50 yaşlı Rəşad Manafovu saxlayıb. Onun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng aşkarlanıb.
Rəşad Manafov silahı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Çərşənbə, 01 May 2024 12:14