Bu gündən Azərbaycanda yeni barama mövsümünə start verildi. Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonada yerləşən 19 rayonun kümçülərinə inkubasiya nəticəsində əldə olunan tut ipəkqurdu toxumunun paylanılmasına başlanılıb. İlk gün 3250 qutu ipəkqurdu toxumu kümçülərə paylanılıb. Ümumilikdə isə bu mövsüm kümçülərə 9000 qutu ipəkqurdu toxumunun əvəzsiz olaraq paylanması nəzərdə tutulur.
Bu il Baramaçılığın kənd təsərrüfatının qısa müddət ərzində ən çox gəlir gətirən sahələrindən biri olduğunu vurğulayan nazir müavini qeyd edib ki, bu sahə həm də bölgələrdə məşğulluğun təmin olunması baxımından sosial əhəmiyyət kəsb edir.
İstehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Qeyd edək ki, bu ilk ilk dəfə olaraq barama istehsalının təşkilinin sınaqdan keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasına 30 qutu ipəkqurdu toxumu ayrılıb, bu toxumların inkubasiyasının həyata keçirilməsinə metodiki köməklik göstərilməsi üçün Muxtar Respublikasya mütəxəssis ezam olunub.
Cümə axşamı, 02 May 2024 13:55