Tikinti zamanı əl altında olan təbii materiallardan meşədəki ağaclarından, saman və palçıqdan istifadə edib. Tikilidə qonaqların istirahət etməyi və gecələməsi üçün də şərait yaradılıb. Belə ki, içəridə şam yandırmaq, mətbəx ləvazimatlarını yerləşdirmək üçün xüsusi rəflər, bir nəfərlik yataq, odun peçi mövcuddur. Yataq otağının qapısı palıddan hazırlanıb və hər iki tərəfdən bağlana bilir.