29 aprel- Beynəlxalq Rəqs Günü münasibətilə Şəkidə "Rəqsin ürəyi Şəkidə döyünür" adlı bayram konserti keçirilib. Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirə ölkənin bir çox şəhərlərindən rəqs qrupları qatılıb. Qax İngiloy Mədəniyyət Evinin "Ketavan" və "Mandili", Gəncə Dövlət Filarmoniyasının solistlərindən ibarət "Mübarək", Mingəçevir şəhərinin "Banu", Şəkinin musiqi və incəsənət məktəblərinin rəqs qrupları, eləcə də digər iştirakçılar bir-birindən maraqlı rəqsləri ilə tədbirə rəng qatıblar. Konsertdə milli rəqslərimizlə yanaşı, müxtəlif mədəniyyətlərə və millətlərə aid olan rəqs növləri də təqdim olunub və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.