Balakən polisi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər kemirib. Spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 26, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 10 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həmçinin, son 1 ayda təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, dayanma-durma və yükdaşıma qaydalarını pozan, eləcə də digər kobud qayda pozuntuları törədən 542 sürücü inzibati məsuliyyətə cəlb olunub. Bu istiqamətdə rayon ərazisində profilaktik tədbirlər davam etdirilir.
Cümə axşamı, 02 May 2024 13:38