Super User

Super User

Çərşənbə, 16 Fevral 2022 10:46

TUR-İZİM _ İz qoymaga gelirik!

Çərşənbə, 16 Fevral 2022 10:41

Bu, bir tilsimdir! | Sirler TEZLİKLE!

Çərşənbə, 16 Fevral 2022 10:38

Suallar uzaqlara aparir... "BELKE" TEZLIKLE!

Çərşənbə axşamı, 15 Fevral 2022 18:56

Buster doza vurdurmaq istəyənlərin sıxlığı yaşanır

Bu gündən etibarən, peyvəndin ikinci dozasının üzərindən 6 aydan çox vaxt keçmiş şəxslərin "Peyvənd sertifikatı" etibarsız sayılır.  Belə ki, buster doza, yəni 3-cü doza vaksini qəbul etməyən vətəndaşlar bir çox yerlərə daxil ola və xidmətlərdən istifadə edə bilməyəcəklər. Qadağanın tətbiq olunduğu günü gözləyənlər bu gün xəstəxanalarda sıxlıq yaradıb.
Yaşı 18-dən yuxarı bütün vətəndaşların  mehmanxanalar, iri ticarət mərkəzləri, kafe və restoranlar, ali və orta ixtisaas təhsili müəssisələrinə girişi yalnız 3-cü doza peyvəndlə mümkündür. Qərar sonuncu qəbul etdiyi dozadan 6 ay keçən şəxslərə də aiddir.   6 ay limiti tamam olmuyan, iki doza peyvənd olunan şəxslərsə bu cür obyektlərə daxil ola bilərlər. Qadağanın tətbiq olunduğu ilk gündən xəstəxanalara buster doza ilə bağlı sıxlıq yaşanır. Xəstəxanalarda yaşanan sıxlıq səbəbindən tədbirlər artırılıb. Mütəxəssislər son günlər sürətlə artan yoluxma hallarının qarşısının alınması, ağırlaşmaların sayının azalması üçün buster dozanı mütləq hesab edir. Belə ki, peyvənddən sonra bir müddət maksimuma çatan immunet səviyyəsi vaxt keçdikcə zəifləyir. Peyvəndin buster dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Onu da qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 12 390 636-dır. Buster doza üzrə vaksinasiya olunanlarsa 2 368 436 nəfərdir.
Çərşənbə axşamı, 15 Fevral 2022 18:55

Zəyzidlilərin 30 ildir bitməyən qaz həsrəti...

Soyuq qış günlərində istiliyə ehtiyac artdıqca qazla təminatında problemi olan yaşayış məntəqələrinin sakinlərinin şikayətləri də artır. Şəkinin Baş Zəyzid kəndində yüzə yaxın ev qazlaşmadan kənarda qalıb. Anlaşılmaz məqamsa odur ki, qaz xətləri qapılarına qədər çəkilib ancaq evlərə verilməyib. Aidiyyatı qurumlarsa məsələnin həllini nədənsə yubadır.
Şəkinin iri kəndllərindən biri olan Baş Zəyzid kəndində 5 minə yaxın əhali yaşayır. 8 ilə yaxındır ki, kəndin böyük hissəsi qazlaşsa da 65 ailə bu prosesdən kənarda qalıb. Və onların 30 illlik qaz həsrəti bitmək bilmir. Problemlə bağlı dəfələrlə aiddiyyatı qurumlara müraciət edən sakinlər  hələ də  məsələnin həlli istiqamətində irəliləyiş olmadığını bildirirlər. Kənd sakinləri bu ərazilərə qaz xətti çəkmək üçün lazım olacaq vəsaitin bir hissəsini də ödəməyə də razıdırlar. Bircə 30 ildir çəkdikləri əziyyət bitsin. Elə aidiyyatı qurumlar da məsələdən xəbərdar olduğunu bildirir. Sakinlərin yeganə ümidi vaxtsız vədlərə qalıb.  Bu qışı evlərini qazla isidə bilməzəsələr də gələn qışa mavi yanacağın istisnə qızınmağın arzusundadırlar.
Çərşənbə axşamı, 15 Fevral 2022 18:40

Kim var, Kim yox? | ANONS 18.02.2022

Çərşənbə axşamı, 15 Fevral 2022 09:30

Giləhli məscidinin bərpasında yeyintiyə yol verilib…

Şəkidə Giləhli məscidinin bərpasında yeyintiyə yol verildiyi üzə çıxıb. Hesablama Palatasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində apardığı yoxlama zamanı maliyyə pozuntuları aşkarlanıb. Xidmətin fəaliyyəti üzrə səmərəlilik auditinin nəticələrinə dair auditor hesabatında qeyd olunub ki, Şəki şəhərindəki Giləhli məscidinin minarəsində həyata keçirilmiş 1 099 707,34 manat dəyərində bərpa-gücləndirmə və həmin ərazidə çay yatağının bərkitmə işləri üzrə müqavilədə 18 835,1 manat vəsait nəzərdə tutulduğu halda, minarənin pilləkənində və ətrafında həmin işlərin aşkar olunmaması səbəbindən qeyd edilən məbləğdə vəsaitin səmərəsiz və nəticəsiz istifadəsi üzə çıxıb. Gələcəkdə belə halların baş verməməsi üçün həmin işlər üzərində müəllif və texniki nəzarət tədbirlərinin gücləndirilməsi tövsiyə olunub.

 

Çərşənbə axşamı, 15 Fevral 2022 13:00

Azərbaycanda 50 min fermer subsidiyanı niyə ala bilmir?

   Ölkənin ən iri taxılçılıq rayonu olan Şəkinin Baş Göynük kəndinin sakinləri də əsasən taxılçılıqla məşğul olur. Ancaq fermerlər bu il məhsul götürə bilməyəcəklər. Səbəbi isə subsidiya ala bilməmələri , nəticədə məhsula lazımı qulluq göstərə bilməmələridir. Subsidiya problemi ilə üzləşən fermerlər əkin-biçini atmaq həddinə çatıb, son çarə olaraq da qaynar xəttimizə üz tutublar. Biz də məsələni araşdırıb, həlli yolunu tapmağa çalışmışıq.

   13 mindən çox əhalisi olan Şəkinin Baş Göynük kəndinin 1500 fermer təsərrüfatı var ki, onların 1400-dən çoxu son iki il üçün nəzərdə tutulan əkin subsidiyalarını ala bilməyiblər. 80 faizi taxıl istehsal edən bu fermerlərin əksəriyyəti yaranan problem səbəbindən əkin işlərini də aparmayıblar.  Əkin aparanlar isə məhsuldarlıqdan əmin deyil. Məsələyə münasibət bildirən Kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyir ki, vətəndaşların müraciətləri “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndə araşdırılıb. Məlum olub ki, onlara imtina verilməsinin səbəbi mülkiyyəti təsdiq edən sənədlərinin qaydasında olmamasıdır. Bununla bağlı ilk illər fermerlərə güzəşt edilib və hər il də vətəndaşlara bildirilib ki, mülkiyyət hüququnu təsdiq edən sənədi, yəni çıxarışı alsınlar. Verilməyən subsidiyalarınyenidən ödənilməsinin mümkün olmadığı deyən Vüqar Hüseynov fermerlərə sənədlərini düzəldib 2022-ci ilin yazlıq əkini üçün yenidən müraciət etməyi məsləhət görür. Digər tərəfdən, fermerlər çıxarışın alınması üçün tələb olunan rüsumların kifayət qədər yüksək olmasından gileylənirlər. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tehran Rzayev isə deyir ki, çıxarışların alınmasını asanlaşdırmaq məqsədilə 3.5 milyon manat ayrılıb. 2022-2024-cü illər ərzində fermerlərə çıxarışlar rüsum almadan dövlət vəsaiti hesabına veriləcək. O ki qaldı subsidiyaların verilməsində ayrı seçkilik məsələlərinə... Aqrar Kredit və İnkişaf Agentliyinin məlumatına əsasən 2021-ci ildə fermerlərə subsidiya şəklində 219 milyon manata yaxın vəsait verilib. 2020-ci ildə isə bu rəqəm 278 milyon manat olub. Ötən il ümumi ölkə üzrə 11%-ə yaxın fermerin sənədləri qaydasında olmadığından subsidiyadan yararlanmaq üçün müraciəti rədd edilib. Ümid edək ki, bu rəqəmlər ilin sonunda özünü kənd təsərrüfatı məhsullarının ümumi həcminin azalması ilə hiss etdirməz. 

Çərşənbə axşamı, 15 Fevral 2022 12:51

Hacı Dayının Nəvələri 2-ci Bölüm

Çərşənbə axşamı, 15 Fevral 2022 12:33

Hacı Dayının Nəvələri 1-ci Bölüm

585 -dən səhifə 589

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S