Gecə saatlarında Şəkinin Vərəzət kəndində yanğın baş verib. Yanğın nəticəsində 59 yaşlı Əkram Əliyevə məxsus ümumi sahəsi 90 kv.m. olan tövlənin yanar konstruksiyaları və damına yığılan 4 ton ot bağlaması yanıb. Tövlədəki 2 baş iribuynuzlu heyvan isə tüstüdən boğularaq tələf olub. Yanğınının söndürülməsi üçün əraziyə FHN-nin Şəki Dövlət yanğından Mühafizə Xidmətinin 2 yanğın söndürmə avtomobili və şəxsi heyyəti cəlb edilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Hadisənin qəsdən törədildiyi ehtimal edilir. Eyni şəxs tərəfindən törədildiyi ehtimal edilən Baş Zəyzid kəndində baş verən yanğın nəticəsində isə zərərçəkən Əkram Əliyevin kürəkəni 32 yaşlı İmran Balammədova məxsus ümumi sahəsi 242 kv.m. olan 5 otaqlı ev, bitişik sahəsi 44 kv.m. olan talvar, talvarın altında dayanan "VAZ-2106" markalı minik avtomobili və yaxınlıqda sahəsi 88 kv.m. olan tövlə içərisindəki ot bağlaması ilə birgə yanıb. Tövlənin içərisindəki 6 baş iribuynuzlu heyvan tələf olub. Əraziyə cəlb olunan Dövlət Yanğından Mühafizə xidmətinin 3 avtomobili və şəxsi heyəti tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğını törədən şəxsin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiamətində işlər aparılır. Qeyd edək ki, yanğın hadisələri nəticəsində 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxnaya yerləşdirilib.