Səhər saatlarında İsmayıllı rayonunun Bəhliyan kəndində meşə ərazisində yanğın başlaması barədə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt mərkəzinə məlumat verilib. Dərhal əraziyə FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın geniş əraziyə yayılıb. Yanğının qarşısının alınması üçün lazımı tədbirlər görülür. Kənd sakinləri tərəfindən qış fəslinə odun tədarük etmək üçün ağacların qəsdən yandırıldığı iddia olunur. Faktla bağlı araşdırma aparılır.