Zaqatalada “Sağlam bədəndə sağlam ruh” devizi altında gənclər arasında yarış keçirilib. DİN və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda gənclər kross və gimnastik hərəkətlər növü üzrə bacarılarını nümayiş etdirib. Hər iki idman növü üzrə 1-ci, 2-ci və 3-cü yerə layiq görülən gənclər diplom,medal və hədiyyələrlə mükafatlandırılıb.