Balakəndə iki minik avtomobili toqquşub, bir nəfər ölüb daha üç nəfər xəsarət alıb. Hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. “KİA” markalı minik avtomobili ilə “BMW” markalı minik avtomobili toqquşub. Qəza zamanı “KİA” markalı avtomobildə olan sərnişin Balakən rayon sakini Pərviz Baradov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. “KİA” markalı avtomobilin sürücüsü Balakən rayon sakini İlham Taralov, sərnişini Balakən rayon sakini Teymur Layıcov və “BMW” markalı avtomobilin sürücüsü Zaqatala sakini Cavid Bayramov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Məlumatda bildirilir ki, yaralıların müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır...