Qaxda minik avtomobili radar quraşdırılan dirəyə çırpılıb. Hadisə gecə saatlarında Qax-Şəki avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib. Şəki istiqamətində hərəkət edən Tərtər rayon sakininin idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarında radar quraşdırılmış dəmir dirəyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin - Tərtər rayon sakini 34 yaşlı Rəqsanə Həsənova aldığı ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Məlumata görə, qəzaya düşən avtomobil Balakən rayonundan Tərtər rayonuna gedirmiş. Qəza baş verən zaman avtomobildə azyaşlılar da daxil 7 nəfər olub. Onların hamısı bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır.