Super User

Super User

İldən-ilə iqlim dəyişikliklərinin kənd təsərrüfatının müxtəlif sahələrinə təsirləri daha aydın hiss olunur və məhsuldarlıq göstəricilərinin aşağı düşməsinə səbəb olur. Bu baxımdan qlobal iqlim dəyişikliyinin səbəb olduğu suvarma ilə bağlı çətinliklərin həllində torpaq və resursqoruyucu texnikalar, müasir texnologiyaların tətbiqi zərurətə çevrilir.   Təqdim edilən yeni  texnologiyalar bu baxımdan  taxıl əkinində fermerlərin işini asanlaşdıracaq. Müşavirədə    şirkətlər tərəfindən nümayiş etdirilən torpaq və resursqoruyucu texnikalara, həmçinin gübrə və pestisidlərə baxış keçirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.  Öryət və Şəki kəndlərində müxtəlif innovativ və kombinə edilmiş çoxfunksiyalı, torpaq və resurs qoruyucu texnikaların tarla şəraitində iş prinsipi əyani olaraq nümayiş etdirilib. Yeni texnikalarla yığımın daha çevik aparılması növbəti əkinə zamanında başlamağa imkan verir. Eyni zamanda bu texnikalar torpağa ziyan vermədən, quru və demyə topraqlarda əkin işlərini zamanında həyata keçirməyə imkan yaradır, torpağın üst münbit qatı qorunur, atmosferə atılan zəhərli qazların təsiri azalır. Sonda onu da qeyd edəki ki, bu texnalogiyadan istifadə edəcək fermerlər ənənəvi üsulda 2 dəfə səpinqabağı əməliyyat aparmalıdır ki, bu da maliyə cəhətdən fermerə ən azı 100 azn başa gəlir. Ancaq bu texnologiyadan istifadə zamanı əlavə xərclərdən birdəfəlik qurtulacaqlar.

Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan, düşmənə mərdlik, cəsurluq dərsi verən Dövlət Sərhəd Xidmətinin əsgəri Səbuhi İsgəndərlinin anım günü qeyd edilib. Anım günündə şəhidin ailəsi, döyüş yoldaşları, şəhid və qazi ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
İlk öncə şəhidin qəbri ziyarət edilib, ruhuna dualar oxunub. Ardınca Şəki şəhər 11 saylı orta məktəbdə keçirilən tədbirdə çıxış edənlər Səbuhi İsgəndərli haqqında xatirələrini bölüşüb, onun keçdiyi şərəfli ömür yolundan və döyüşlərdə göstərdiyi igidlikdən qürurla danışıblar. Vurğulanıb ki, Səbuhi uşaq yaşlarından qayğıkeş, mehriban, vətənpərvər bir insan kimi böyüyüb. Vətənə olan sevgisi, bağlılığı onu müharibənin ilk günlərindən ön cərgədə olmağa vadar edib. Rəsmi hissədən sonra şagirdlərin ifasında şəhidlərə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olunub.
Şənbə, 29 Oktyabr 2022 17:14

Zaqatalada fərdi yaşayış evi yanıb...

Gecə saatlarında rayonun Əliabad qəsəbəsində Nurəddin Balaxanova məxsus, ümumi sahəsi 180 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
 Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları tamamilə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Şənbə, 29 Oktyabr 2022 12:43

Təşviş yaradan sahibsiz itlər...

Demək olar ki, ölkənin hər yerində sahibsiz itlərin sayının xeyli artması və insanlara hücum etməsi ilə bağlı xəbərlər yayılır. Bu məsələ İsmayıllı rayonunda da ən ciddi problemlərdən birinə çevrilib. Elə it dişdəmələri ilə bağlı statistikaya nəzər saldıqda da məsələnin nə dərəcədə ciddi olduğunu görmək mümkündür. Amma rayon rəhbərliyi sakinlərin bu narahatlığını görüb örnək bir addım atıb. Beləcə həm insanlar artıq rayonda rahat gəzəcək, həm də aclıq, səfalət içində yaşayan heyvanlar rahatlığa qovuşacaq..
 
Son zamanlar İsmayıllı rayonunda sahibsiz itlərin sayı həddən artıq çoxalıb. Küçələrdə, yol kənarlarında, hətta şəhərin mərkəzində belə sürü ilə gəzən itlərə rast gəlinir. Bu problem sakinlər, eləcə də rayona gələn qonaqlar üçün ciddi təhlükə yaradır.
 
Sahibsiz itlər vaksin olunmadığı üçün quduzluq xəstəliyinin də əsas daşıyıcılarıdır. Elə sakinlərin ən böyük narahatlığı da məhz bu xəstəliyin yayılması ilə bağlıdır. Ancaq tezliklə İsmayıllıda sahibsiz itlərin sakinlərə yaratdığı problem tarixə qovuşacaq. Çünki şimal-qərb bölgəsində ilk dəfə olaraq məhz İsmayıllıda sahibsiz itlər üçün sığınacaq yaradılıb. Rayonun Quşencə kəndinin yaxınlığında sığınacağın inşası ilə əlaqədar torpaq sahəsi ayrılıb , sığınacaq tikilib və heyvanların rahatlığını təmin etmək üçün hər cür şərait yaradılıb.
 
İsmayıllı rayon ərazisində sahibsiz itlər toplanaraq sığınacağa təhvil veriləcək. Burada həmin heyvanlar peyvəndlənəcək, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədilə müvafiq əməliyyat aparılacaq. Mərkəzdə müalicə olunmuş sahibsiz heyvanlara fərqləndirici nişanlar vurulacaq. Rayon Kommunal Təsərrüfat İdarəsinin tabeliyində yaradılan sığınacaqda ilkin olaraq 100-ə yaxın sahibsiz itin saxlanılması mümkün olacaq.
 
Qeyd edək ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüs və təşkilatçılığı ilə həyata keçirilən layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədini daşıyır.
Şənbə, 29 Oktyabr 2022 10:18

İsmayıllıda faciəvi qəza...

İsmayıllIda ölümlə nəticələnən yol qəzası baş verib. İvanovka qəsəbəsi ərazisində rayon sakini, 64 yaşlı Fazil Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildəki sərnişinlərdən biri, sürücünün həyat yoldaşı 61 yaşlı Fatma Abdullayeva hadisə yerində ölüb. Sürücü və digər 2 sərnişini - qızı Mətanət Abdullayeva, qohumu Nübar Ələkbərova isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
513 -dən səhifə 643

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S