Super User

Super User

Əkinçilik Elmi Tədiqat İnstitutu tərəfindən yerli toxumçuluq şirkətinin maliyyə dəstəyi ilə Türkiyə mənşəli və yerli qarğıdalı sortlarının sınağı həyata keçirilib. Zaqatala Bölgə Təcrübə Stansiyasının Danaçı Dayaq məntəqəsində bu ilin may ayında əkini həyata keçirilən hibrid qarğıdalı və yerli sortların sınağı uğurla başa çatıb. Əkilən 5 növ Türkiyə mənşəli hibrid qarğıdalıdan 4-nün yerli və dəmyə şəraitinə tam uyğun olduğu təsbitlənib. Bu hibridlərin ekoloji testlərinin həyata keçirilməsində əsas məqsəd ölkədə ərzaq təminatının yerli istehsal hesabına təminatı ilə yanaşı, həm də toxum bazarına yerli qarğıdalı sortları ilə yanaşı, regionlaşdırılmış yüksək məhsuldar qarğıdalı hibridlərinin çıxrılmasıdır. Hal-hazırda ölkədə əkini həyata keçirilən qarğıdalı hibridlərinin böyük əksəriyyəti xarici ölkələrdən gətirilir. Bu isə toxum bazarında qiymət bahalığı ilə yanaşı, bəzən də toxumların yerli şəraitdə məhsuldarlığı yoxlanılmadığından istənilən nəticəni verməməsi ilə sonlanır. Gələcəkdə isə yüksək məhsuldar və yerli şəraitə uyğun gələn qarğıdalı hibridlərini əldə edərək bazara çıxarmağı hədəflənir.

Şəkidə Zəfər gününə həsr edilmiş məktəblilər arasında voleybol yarışı start götürüb. Tədbir Voleybol federasiyasının və Uşaq Gənclər İdman Şahman mərkəzinin təşkilatçılığı 10 saylı tam orta məktəbdə keçirilir. Yarışda 16 komanda iştirak edir. Bunlardan 8-i oğlan, 8-i isə qızlardan ibarət komandadır.
 
Hər komanda 12 idmançıdan ibarətdir. Voleybol komandaları Şəkidə yerləşən məktəblərdən və regional kollec tələbələrindən qurulub. 3 gün davam edən yarışda qaliblər müəyyənləşib. Belə ki, Qızlar arasında 1-ci yerə Şəki 10 nömrəli məktəb, 2-ci yeri 8 nöməli, 3-cü yeri isə 20 nömrəli məktəb götürüb. Oğlanlar arasında Qoxmuq kənd orat məktəbin komandası Uşaq Gənclər İdman Şahman mərkəzinin komandasından cəmi 4 xal geri qalaraq 2- ci yerə çıxıb.
 
3-cü yerə isə, 20 nömrəli məktəb qazanıb. Sonda finala çıxan komandalara fəxri fərmanlar, kuboklar və diplomlar təqdim edilib. Ümumilikdə 3 gün davam edən yarış noyabrın 2-də başa çatıb.

Şamaxıda ikisi azyaşlı olmaqla 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə gecə saatlarında şəhərin Seyid Əzim Şirvanı prospektində qeydə alınıb. Hərəkətdə olan iki "VAZ-2107" markalı avtomobil toqquşub. Qəza nəticəsində sürücü 59 yaşlı Babahəsən Cəbrayılov və iki az yaşlı övladları 7 yaşlı Sahbacan Cəbrayılov, 9 yaşlı İbrahim Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Çərşənbə, 02 Noyabr 2022 20:22

Şəhidin xatirəsi anılıb…

 Nəzir Osmanov xidməti dövründə bir neçə dəfə təltif olunub. O, peşəkarlığını döyüşdə də nümayiş etdirib. Sentyabrın sonlarından qoşulduğu Vətən müharibəsində bir-neçə yaralı hərbçini döyüş meydanından çıxarıb. Hadrut, Horadiz və Füzuli şəhərlərinin azad olunmasında qəhrəmanlıq göstərən Nəzirin son döyüşü isə Şuşa ətrafında olub. Yaxınlığına düşən minaatan mərmisi qəhrəman döyüşçünü ağır yaralayıb və  bir qədər sonra şəhidlik zirvəsinə ucalıb. Qəhrəman şəhidin anım mərasimində şəhidin yaxınları, məktəblilər, kənd sakinləri məzarı baş toplaşıb. Ruhuna dualar oxuyub, onunla bağlı xatirələrini bölüşüblər.Qeyd edək ki, Nəzir Osmanov ölümündən sonra  "Vətən uğrunda", "Şuşanın və Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif olunub.

Çərşənbə, 02 Noyabr 2022 20:21

“Zəfərin mübarək, Vətən!”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə “Zəfərin mübarək,Vətən!” mövzusunda konfrans keçirilib. Konfransda dövlət xidmətinin, rayon administrasiyasının rəsmiləri, filialın professor-müəllim heyəti, eləcə də tələbələr iştirak edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindən bəhs edən film nümayiş olunub. Çıxışlarda tarixi Zəfərimizin mahiyyəti geniş təhlil olunub və tələbə-gənclərə bu estafeti şərəf və rəşadətlə davam etdirmələri tövsiyə olunub.  Vurğulanıb ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvərlik hisslərinin artırılması  bu gün Azərbaycanda əsas prioritetlərdən biri hesab edilir. Sonda təlləbələrin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.  

 

Çərşənbə, 02 Noyabr 2022 13:16

Narlı kükü | Nahara az qala 02.11.2022

Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə yüksələn Fariz Şıxaliyevin anım günü məzarı başında qeyd edilib. Şəhidin ailə üzvləri, hərbçilər, rayon ictimaiyyəti Farizin məzarı xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyub, keçdiyi şərəfli döyüş yolundan danışıblar. Ailəsi deyir ki, Farizin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad olunacağı günü görmək idi. Elə bu arzusuna da çatdı. Amma qələbə qazanmış xalqın 3 rəngli bayrağa bükülmüş övladı kimi. Fariz Şıxəliyev Vətən müharibəsi zamanı Füzuli , Cəbrayıl, Xocavənd , Qubadlı və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Onun xidmət etdiyi bölmə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Xatırladaq ki, şəhidimizin atası Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Hazırda qardaşı da ordu sıralarında xidmət edir. Fariz Şıxaliyev ölümündən sonra “Cəsur döyüşçü”, “Şücaətə görə” “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin , Cəbrayılın, Xocavəndin və Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.

Çıxış edənlər rəşadətli ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbədən, xalqımızın birliyindən, Vətən oğullarının misilsiz qəhrəmanlıqlarından söz açıblar. Adları tarixə əbədi yazılan şəhidlərimizin ölkəmizdə daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu vurğulanıb vətənpərvər, mərd övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlıq ifadə edilib.
 
Vurğulanıb ki, təhsil idarəsinin əhatə etdiyi ərazilərdə müsabiqədənkənar işlərə qəbul zamanı işlə təminetmə prosesində müraciətçinin ilk olaraq şəhid ailəsinin üzvü, qazi və ya Vətən müharibəsi iştirakçısı olması diqqətdə saxlanılır, şəhid ailələri tərəfindən qaldırılan məsələlər dinlənilir, həlli istiqamətində müvafiq işlər görülür. Daha sonra şəhid ailələrinin problemləri və onları narahat edən məsələlər dinlənilib.
Çərşənbə axşamı, 01 Noyabr 2022 17:12

Şəkidə ana və azyaşlı övladını avtomobil vurub...

Hadisə bu gün səhər saatlarında şəhərin M.F.Axundov prospektində baş verib. Rayon sakini Tural Məmmədov idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə şəhər sakinləri -34 yaşlı Nahidə Rəhimovanı və onun 7 yaşlı övladı Yağmuru vurub.Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan ana və qızı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.Hadisə baş verən zaman Nahidə Rəhimova övladını məktəbə aparırmış.Faktla bağlı araşdırma aparılır.

Bankdan böyük məbləğdə pul götürüb maddi vəziyyətini yaxşılaşdırmaq istəyən fermerin qoyunlarının tələf olması onu çətin vəziyyətə salıb. Şəkinin Sarıca kəndində fərdi təsərrüfata hücum edən yırtıcılar 44 qoyunu parçalayıb. Gecə saatlarında tövləyə hücum edən 3 baş canavar qoyunların 36-sını öldürüb qalan, 8-ini isə yaralayaraq yararsız vəziyyətə salıb. Sarıcada məskunlaşmış Ağdərə sakini olan Ayaz Əliyev ona xeyli miqdarda zərər dəydiyini bildirir. Hadisə yerinə Qida təhlükəsizliyi ağetliyinin nümayəndələri baxış keçirib. Ölmüş heyvanların cəsədləri basdırıldıqdan sonra ərazi dezinfeksiya ediləcək.

511 -dən səhifə 643

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S