Bazar ertəsi, 22 May 2023 19:19

Elmi konfrans keçirilib…

Azərbaycan Dövlət Pedoqoji Universitetinin və  Şəki flialının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyi və Salman Mümtazın doğum gününə həsr edilmiş elmi konfrans keçirilib. Konfransda universitetlərin professorları, Salman Mümtazın nəvəsi, alimlər və ziyalılar iştirak ediblər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərinə diqqət çəkib, vurğulayıblar ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Ondan əlavə, qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, 1918-1920-ci illər Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil edir. Belə ki, müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan cümhuriyyət çox mühüm dövlətçilik tədbirləri həyata keçirib, qadınlara seçki hüququ tanıyan ilk dövlətlərdən olub. Konfransda həmçinin Salman Mümtazın həyat və fəaliyyətindən bəhs edilib.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S