Qobustanda dəhşətli yol qəzası olub. Hadisə nəticəsində 1-i azyaşlı olmaqla, 5 nəfər vəfat edib. Qəzada ölən cütlük Bakıya nişan üzüyü almağa gedirmiş. Cəngi qəsəbəsində qeydə alınıb. “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla, 5 nəfər vəfat edib. Ölənlərdən 3-ü bir ailənin üzvləridir. Onlardan 33 yaşlı Məhərrəm Səmədov və 26 yaşlı Şəbnəm Səmədova ər-arvad, azyaşlı isə onların övladıdır. Digər həyatını itirənlər - 23 yaşlı Əmrah Nuriyev, 17 yaşlı Səmayə Talıbovadır. Xəsarət alan 51 yaşlı Şölə Nuriyeva isə Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.