Super User

Super User

Çərşənbə axşamı, 24 Yanvar 2023 19:01

Minik avtomobili ilə motosiklet toqquşub...

Zaqatalada minik avtomobili ilə motosiklet toqquşub. Hadisə günorta saatlarında Zaqatala şəhəri Nizami küçəsində baş verib. Hərəkətdə olan “VAZ 21074” markalı minik avtomobili ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü Kənan Ərtilovun aldığı xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.

Çərşənbə axşamı, 24 Yanvar 2023 18:29

Körpüdə yaranan çatlar qəzalara səbəb olur...

Yevlax-Zaqatala-Gürcüstan  magistral yolunun 128-ci km-də, Zaqatala şəhərinin girəcəyində Tala çayı üzərindəki körpü nəqliyyatın intensiv hərəkət etdiyi ərazilərdəndir. Son zamanlar bu ərazidə günün çox hissəsində  tıxaclar və qəzalar müşahidə edilir. Səbəbsə körpünün iki hissəsində yaranan iri çatlardır. Sözügedən çatlar vaxtaşırı təmir edilsə də, problem kökündən həll edilmədiyindən bu təmirin ömrüyağış yağanadək davam edir. Körpüdə hərəkət edən avtomobillər sözügedən çalalara yaxınlaşdıqda sürəti maksimum aşağı salmağa məcbur olurlar. Bu da bir çox hallara qıza vəziyyəti yaradır. Körpünün başlanğıc və son hissələrində, yəni dəmir konstruksiyanın torpaqla birləşdiyi yerdə çatların əmələ gəlməsi  intensiv hərəkətlə əlaqələndirilir.Avtomobil Yolları Dövlət Agentliyi də sözügedən körpünün vəziyyətindən xəbərdardır. Qeyd edək ki, ötən əsrin 70-ci illərində inşa edilən körpünün uzunluğu 133 metrdir. 4 il öncə əsaslı şəkildə təmir edilən körpü ikitərəfli nəqliyyatın daha rahat hərəkət etməsi məqsədi ilə genişləndirilərək, eni 9 metrdən 12 metrə çatdırılıb.  

Bazar ertəsi, 23 Yanvar 2023 17:54

Piyada yol qəzasının qurbanı oldu...

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub. Şəhər ərazisində Fərid Səmədov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə yolu keçən piyada, 55 yaşlı rayon sakini Güləsər Əliyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Bazar ertəsi, 23 Yanvar 2023 17:10

17 yaşlı gəncə çaqqal hücum edib...

Zaqatala rayonunun Bəhmətli kəndində 17 yaşlı gəncə çaqqal hücum edib.  Belə ki, Əkrəm Qasımov kəndin inzibati ərazisində ailəsinə məxsus qoyunları otaran zaman çaqqal hucumuna məruz qalıb. Lakin 11-ci sinif şagirdi çaqqalla mübarizə aparıb. O, çaqqalı əlindəki ağacla öldürüb. Ancaq çaqqal onun sol aşağı ətrafının baldır nahiyəsinə xəsarət yetirib. Gənc oğlan yaxınları tərəfindən dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasında Əkrəm Qasımova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.

Seminarda mütəxəssislər tərəfindən budamanın aparılma qaydaları əyani olaraq femerlərə göstərilib və tənəklərin aqronomik qaydalara uyğun aparılması tövsiyə olunub.  Məlum olub ki, keçən ilki quru budamada ciddi nöqsanlara yol verən fermerlərin üzüm bağlarında məhsuldarlıq xeyli aşağı olub. Seminarda əsas məqsəd İsmayıllı rayonunda elmi-praktiki tövsiyələrə ehtiyacı olan fermerlərin istehsal prosesini mütamadi izləyərək onların qarşılaşdığı problemlərin həllinə, həmçinin becərmə texnologiyalarının, mühafizə tədbirlərinin düzgün həyata keçirilməsinə köməklik göstərməkdən ibarət olub. Vurğulanıb ki, üzümçülükdə ən vacib və mürəkkəb aqrotexniki tədbirlərdən biri də quru budamadır. Quru budama üzümün sort xüsusiyyətindən, tənəyin becərildiyi şəraitdən, torpağın münbitliyindən, tənəyin formasından, məhsulun istifadə istiqamətindən, becərilmə texnologiyasından və s. asılı olaraq aparıldığından bəzi hallarda üzümçü fermerlərimiz düzgün budamada çətinliklə qarşılaşırlar. Budama zamanı optimal yük normasının müəyyən edilməsi məhsuldarlıq və məhsulun keyfiyyətinə, tənəyin konkret şəraitdə inkişafına, ekoloji risk amillərinə, xəstəlik və zərərvericilərə davamlılığına müsbət təsir göstərir. Əks təqdirdə budama zamanı tənəyə az və ya çox gözcük yükünün verilməsi ciddi fəsadlara gətirib çıxarır. Tənəklərdə üzümün quru budaması, sortlar üzrə müxtəlif yükvermə normaları, suvarma, torpaq işləmə, gübrələmə, bitki mühafizə tədbirlərinin vaxtı-vaxtında və düzgün həyata keçirilməsi, çəkilən xərclərin azaldılması, optimal məhsuldarlıq və məhsulun keyfiyyətinin yüksəldilməsi ilə səmərəliliyin artırılması hədəf olaraq götürülməlidir.

 Zaqatalanın Qımır, Bazar və Çobankol kəndlərinin sakinləri mavi yanacağın olacağı günün həsrəti ilə yaşayırlar. Sakinlər müxtəlif qurumlara dəfələrlə müraciət etsələr də məsələ həllini tapmır ki, tapmır. Görəsən niyə sözügedən ərazi qazlaşmadan kənarda qalıb? Sakinlər aidiyyatı qurumların onların müraciətlərinə biganə yanaşmasından narazıdır. 

450 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S