Super User

Super User

Şənbə, 21 Yanvar 2023 17:17

Necə edək ki, qazdan zəhərlənməyək?

Bu xəbərdə biz 8 saniyəyə insan qanındakı hemoqlobinlə daha tez birləşərək, ölüm təhlükəsi olan dəm qazından danışacağıq. Hazırda bir çoxlarımızın evində istifadə ettiyi sobalar və vanna otağındakı su qızdırıcıları hamıya tanışdır. Əhalinin bu kimi qazla və ya digər yanacaq növləri ilə işləyən cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarını pozması dəm qazından zəhərlənmələr, partlayışların baş verməsi ilə nəticələnir. Bəs, evdəki və hamam otağındakı bu qızdırıcılardan özümüzün və ailəmizin təhlükəsizliyini necə qoruyaq? Sujetdə ekspertlərin məsləhətlərini dinləyək. 

 

Şənbə, 21 Yanvar 2023 16:31

Zaqatalada 15 otaqlı ev kül oldu..

Zaqatalanın Muğanlı kəndində kənd sakini İbrahim İbrahimova məxsus, ümumi sahəsi 480 kv/m olan ikimərtəbəli və 15 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin ikici mərtəbəsində olan 9 otağın yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Birinci mərtəbədəki 6 otaq və ev əşyaları yararsız hala düşüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Şəki şəhərində Qaraməryəm-İsmayıllı-Şəki yolu ilə Mirzə Fətəli Axundov küçəsinin kəsişməsində avtomobil qəzası baş verib. Belə ki, manevr zamanı yol hərəkəti qaydalarının pozulması səbəbindən "Hundai" markalı avtomobillə "Volfsvagen" markalı avtomobil toqquşub. Toqquşma nəticəsində "Volfsvagen"in sürücüsü Vüqar Məmmədov idarəetməni itirərək Qurucana çayına aşıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 34 yaşlı Vüqar Məmmədov Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

Şənbə, 21 Yanvar 2023 13:59

Kanal S-inema - Alan J. Pakula 21.01.2023

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Rayon sakini, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Nail Hüseynov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs üzərindən aşkarlanan narkotik vasitəni oktyabr ayında çaylaq ərazisində gizlətdiyini və havaların yağışlı olması ilə əlaqədar yaşadığı ünvana aparmaq istədiyini bildirib. Faktla bağlı rayon polis şöbəsində müvafiq araşdırmalar davam etdirilir.

Şəkidə yol hərəkəti iştirakçılarının qaydalara nə dərəcədə əməl etməsini öyrənmək üçün yollarda qısa bir müşahidə apardıq. Qarşılaşdığımız mənzərələrdən biri sürücülərin keçiddə olan piyadalara yol verməməsi idi. Sürücülərlə yanaşı, piyadalar da yol hərəkəti zamanı qaydaları ciddi şəkildə pozurlar. Təəssüf ki, piyada keçidi, zolağı olan yerlərdə belə yolu kənardan, avtomobillərin arasından, bir sözlə, qadağan olunan yerlərdən keçənlər az deyil. Hətta 3-5 metr məsafədən belə piyadalar keçidə qədər getməyə və zolaq üzərindən keçməyə inciyirlər. Sorğudan da göründüyü kimi sürücülər və piyadalar bir birini qaydalara əməl etməməkdə ittiham edir. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, onların arasında intizamın möhkəmləndirilməsi məqsədilə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən mütamadi olaraq profilaktiki tədbirlər keçirilir. Piyadaları isə yolu müəyyən edilməmiş yerlərdən keçdikdə 20 manat cərimə gözləyir. Qeyd edək ki, piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə şəhərdə 3 müxtəlif ərazidə səsli işıqfor da quraşdırılıb.Bu qurğu həm görmə məhdudiyyətli piyadalar, həm yol hərəkət qaydalarını tam bilməyən balacalar, həm də fikirli halda yolu keçmək istəyənlər üçün xatırlatma edir. 

Doğum günü 20 yanvar tarixində olan, bu səbəbdən də özünə doğum günü keçirməyən Anar Şükürovu daim öv vətənpərvərliyi ilə seçilib. Əslən Xocavəndin Tuğ kəndində dünyaya göz açan qəhrəmanımız, qisas hissi, doğma torpaqlara qayıtmaq arzusu ilə böyüyür. Elə bu məqsədlə də hərbçi olur. Vətən müharibəsi başlayanda isə ehtiyyatda olan polkovnik-leytenant könüllü şəkildə cəbhəyə getmək üçün can atır. 2019-cu ildə ordudan təxris olan Anar Şükürov, hərbi formanı çıxarıb kənara qoyur. Ancaq bu ayrılıq çox qısa çəkir. Sentyabrda müharibənin başlaması ilə Anar Şükürov vətəni uğrunda mübarizəyə qoşulur. Ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda döyüşlərə qatılan Anar Şükürov düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman Suqovuşan istiqamətində qəhrəmancasına şəhid olur. Anar Şükürova göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Həmçinin şəhədimiz "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Şərəfi ilə yaşayan və şərəfi ilə şəhadətə qovuşan Anar Şükürov, onun timsalında canından keçən bütün şəhidlərimiz əslində ölümləri ilə ölümsüzlük qazanıblar. Onların qanı bahasına əldə olunan hürriyyətlə biz sərhədləri bütöv bir Azərbaycanda yaşayırıq. Anar Şükürov və onun kimi Vətən uğrunda şəhid düşən heç bir övladını bu ölkə unutmayacaq.

Qanlı Yanvar faciəsinin 33-cü ildönümü Lənkəran şəhərində izdihamla qeyd olunub. Səhər saatlarından başlayaraq idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, minlərlə həmvətənlərimiz “Şəhidlər abidə kompleksi”ni ziyarətə gəliblər. Şəhidlərin ruhuna dualar oxunduqdan sonra mərasim iştirakçıları abidə önünə gül-çiçək dəstələri düzüb, Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhid soydaşlarımızın əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Daha sonra Lənkəran Dövlət Dram Teatrında aktyorların ifasında şeirlər səsləndirilib, səhnəciklər nümayiş etdirilib. Ardınca 20 yanvar faciəsi ilə bağlı tədbir iştirakçılarının çıxışları dinlənilib, şəhid ailələrinin üzvləri və müharibə əlilləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qanlı Yanvar faciəsinin 33-cü ildönümündə salyanlılar 20 Yanvar şəhidlərinin xatirə kompleksini ziyarət ediblər. Rayon rəhbəri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri şəhidlərin abidəsi önünə tər qərənfillər düzüb, ruhlarına dərin ehtiramlarını bildiriblər. Sonra 20 Yanvar şəhidi Elçin İmanovun məzarı ziyarət olunub üzərinə gül-çiçək dəstələri düzülüb. Ardınca 1-ci və 2-ci Qarabağ savaşında şəhid olan soydaşlarımızın məzarları ziyarət olunub, ailələri ilə görüş keçirilib. Saat 12:00-da Salyanda da 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhərin küçələrində hərəkət dayandırılıb, avtomobillərdən səs siqnalları verilib. Daha sonra Salyan rayon İcra Hakimiyyətində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Çıxışlarda qeyd olunub ki,dahi rəhbər Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni xalqımıza qarşı törədilmiş bəşəri cinayət adlandırıb. 

Şamaxıda da  20 Yanvar faciəsinin 33-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.Rayon rəsmiləri və ictimsiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhidlərimizin xatirəsi ehtiramla anılıb. Faciə qurbanlarının ruhlarına dualar oxunub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qaxda da 20 Yanvar Şəhidləri yad edildi. Rayon rəsmiləri və ictimaiyyət nümayəndələri Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarı üstünə və 20 Yanvar Şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyub. Ardınca Qax rayon YAP təşkilatının inzibati binasında 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Çıxış edənlər bildirib ki, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən 33 il keçməsinə baxmayaraq, xalqımız bu tarixi unutmur, faciə qurbanlarını dərin hüznlə anır. Daha sonra isə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zaqatala rayonununda da Qanlı Yanvar faciəsinin 33-cü il dönümü qeyd edilib. Tədbir şəhər qəbirstanlığında Vətən uğrunda candan keçən şəhidlərin qəbirlərinin ziyarəti ilə başlanılıb. Daha sonra rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər və Zəfər xatirə komplekslərini ziyarət edərək, önünə tər çiçəklər düzüblər. Ardınca keçirilən konfransda bildirilib ki, həmin gecə Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimiz ölümləri ilə ölməzliyə qovuşaraq, tariximizin ən parlaq səhifəsini yazdılar.  

Şəkidə də xalqımızın and yerinə çevrilən şəhidlərimizin məzarları ziyarət edilib, xatirələri ehtiramla yad olunub. Rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, o cümlədən Kanal S-in kollektivi 20 Yanvar şəhidlərinin abidəsi önünə təzə tər qərənfillər düzərək, şəhidlərin ruhunu ehtiramla yad ediblər. Eyni zamanda, Vətən uğrunda canından keçən digər qəhrəmanlarımızın da qəbirləri ziyarət edilib, ruhlarına dualar oxunub. Həmçinin rayon ərazisində matəm əlaməti olaraq Dövlət bayrağı endirilib, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.

Cümə, 20 Yanvar 2023 21:33

Şəkidə yaşayış evi yandı…

Şəkinin Kiçik Dəhnə kəndində 52 yaşlı Kamran Rəsulova məxsus evdə yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi 120 kvadrat metr olan 1 mərtəbəli kürsülü 4 otaqlı ev tamamilə yanıb. Hadisə yerinə gələn FHN-in yanğından mühafizə bölməsinin gördüyü tədbirlər sayəsində yanğının ətraf evlərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

451 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S