Bazarlardakı qiymətlər meyvələrə görə dəyişir. Beləki, alma, armud, əriyin, alçanın dəyəri keçən ilə nisbətən bu il daha münasibdir. Ancaq qarğıdalı, şaftalı kimi meyvələrin qiymətində isə keçən ilə nisbətən 20-30 qəpik bahalaşma var. Bəs, bazarda alıcılıq qabiliyyəti necədir? Qarpızın qiymətində də bahalaşma var. Bunun səbəbi məhsula təlabatın artması və hava şəraitidir. Bəzi məhsulların qiymətlərində müəyyən dərəcədə ucuzlaşma isə məhsul bolluğu ilə əlaqələndirilir. İqtisadçılar isə məhsul bolluğu ilə yanaşı, inflyasiya kimi amillərin də qiymətlərə təsirini vurğulayırlar. Məhsulun sahədən satış dəyəri ilə son istehlak qiyməti arasında fərq illərdir elə müzakirə mövzusu olaraq qalır. Yəni qiymətlərin formalaşmasında əsas rolu istehsalçıdan tədarükçüyə qədər gedən proseslər oynayır. Çatdırılma mexanizmi olmadığından Azərbaycan fermerləri öz məhsulunu birbaşa çıxara bilmir. Birbaşa satış yalnız hökumətin təşkil etdiyi kənd təsərrüfatı yarmarkaları vasitəsilə mümkün olur. Nəticədə məhsul bir neçə əl dəyişir və fermerlərin təyin etdiyi qiymətlərlə son bazar qiymətləri arasında kəskin fərq hiss olunur. O da vurğulanır ki, ölkədə logistik xərclər, anbar təsərrüfatlarının mövqeyi, enerji daşıyıcıları da məhsulun dəyərinə təsiri göstərir. Onu da qeyd edək ki, bu ilin 6 ayında Azərbaycan meyvə-tərəvəz ixracından 350 milyon dollardan çox gəlir əldə edib. 2022-ci ilin hesabat dövrü ilə müqayisədə ixracdan gəlirlər azalıb. Belə ki, bu il təsərrüfatçılar 348 min 774 ton meyvə-tərəvəz ixracına görə, 350 milyon dollar qazanıblarsa, ötən il 306 min 376 ton meyvə-tərəvəz üçün 328 mln. 109 min dollar əldə etmişdilər.