Super User
Həmkəndlisinə qarşi quldurluq edən şəxs tutulub…
Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndi ərazisində naməlum şəxsin quldurluq etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Natiq Əzizov saxlanılıb. Dindirilmə zamanı Əzizov törətdiyi əməli etiraf edərək gecə saatlarında həmkəndlisinin qarşısını kəsdiyini, 100 manat pulunu və 500 manat dəyərində mobil telefonunu ələ keçirdiyini bildirib.Faktla bağlı saxlanılan şəxs barəsində Zaqatala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb , araşdırmalar davam etdirilir.
Zaqatalada qanvermə aksiyası keçirilib...
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən növbəti qanvermə aksiyasında 162 nəfər könüllü qan verib. Rayon İcra Hakimiyyətinin, TƏBİB-in və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşkilatçılığı ilə “Qan ver, həyat qurtar!” devizi ilə keçirilən aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır. Aksiyada rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, həmçinin sakinlər fəal iştirak ediblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
“Qorxmaz leytenant” kitabının təqdimatı olub...
ADPU-nun Şamaxı filialında şəhid məzunların anım günü və “Qorxmaz leytenant” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rəsmiləri, şəhid ailələri və filialın kollektivi iştirak edib. Əvvəlcə şəhid məzunların xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirilib. Ardınca “Qorxmaz leytenant” adlı videoçarx nümayiş olunub. Çıxış edənlər “Qorxmaz leytenant” ləqəbi qazanmış qəhrəman şəhid Orxan Nəbiyeva həsr olunan eyniadlı kitabdan bəhs ediblər.Vurğulanıb ki, filialın fəxri olan şəhid məzunlar da daima qürurla yad edilir. Tədbir tələbələrin ifasında səsləndirilən kompozisiya ilə davam etdirildi. Tədbirdən kitabda yer alan şeirlərdən ibarət kompozisiya ilə davam edib.
Balakəndə ev yandı, yanğınsöndürən xəsarət aldı | Kanal S Xəbər
Yanğın bu gün günorta saatlarında rayonun Yeni Şərif kəndində, kənd sakini 62 yaşlı Paşa Urkayevə məxsus yaşayış evində baş verib. Yanğın yerinə Balakən YMH-nin yanğınsöndürən texnikaları və şəxsi heyyəti cəlb olunub. Ümumi sahəsi 130 kv metr olan 1 mərtəbəli 4 otaqlı yaşayış evinin 100 kv metr hissəsi içərisindəki əşyalarla birlikdə yanıb.Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğının söndürülməsi zamanı Balakən YMH -nin bir nəfər yanğınsöndürəni yanıq xəsarətləri alaraq Balakən rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Xəzərin sahilində - Əməkdar Elm Xadimi Qəzənfər Paşayev və əməkdar artist Arzu Əliyeva 22.01.2023
Böyrək daşından əziyyət çəkənlərə Nanıxdan çarə! | Nanıx Xəbər #7
130 ailədən biri "qazlaşan" kənd…
Məryəm Mustafayeva Bizim valideynlərimiz qaz həsrəti ilə dünyasını dəyişdi. İstərdik ki, heç olmasa biz görək. Qazın istisinə isinə bilək. Çox arzulayardıq....Gəlirlər ölçürlər yenə gedirlər. Mənim 60 yaşım var istəyirəm görüm o qazı açıb yandırmaq nə olan şeydir? Sakinlər bildirir ki, qazın çəkilməsi ilə bağlı dəfələrlə müraciət etsələr də problem həllini tapmayıb. Kəndin hər iki yanından keçən Şəki və Zaqatala magistral qaz kəmərləri isə elə sözün əsl mənasında onların gözünün dağına çevirilib. Qaz kəmərləri kəndin girişinə qədər gəlsə də, dörd bir yandakı kəndlərin hamısı qazlaşdırılsa da, Küdürlü kəndi bundan məhrum qalıb. Ancaq maraqlısı odur ki, kənddə yerləşən 130-a yaxın ev təsərrüfatından yalnız birinə qaz çəkilib. Bu isə sakinlərdə bir çox suallara səbəb olur. Məsələylə bağlı Azəriqazdan bildirilib ki, kəndlərin qazlaşdırılması ehtiyac meyarlığı təyin edilməklə tərtib edilmiş siyahı üzrə sıra prinsipi ilə həyata keçirilir. O ki qaldı kənddə yalnız bir nəfərə qazın verilməsinə. Biz də ümid edirik ki, verilən vədlər vəd olaraq da qalmayacaq və növbəti ilin qışını Küdürlü kəndinin sakinləri mavi yanacağın istisi ilə qızınacaqlar.
Nahara az qala - İsti təndir çörəyi pendirlə 24.01.2023
İzo ilə İndi başla 24.01.2023
“Əbədiyyət dastanı”
Şəki rayon Cəfərabad kənd diyarşünaslıq klubunda Heydər Əliyev ilinə həsr olunan “Zəlimxan Yaqub yaradıcılığında Heydər Əliyev mövzusu” adlı tədbir keçirilib. Vurğulanıb ki, Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, mədəniyyətinin qoruması və inkişaf etdirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub.Bildirilib ki, qədirbilən xalqımız və xalq şairi Zəlimxan Yaqubun timsalında ziyalılarımız Heydər Əliyevin göstərdiyi xidmətləri unutmayaraq öz əsərləri ilə tarixə yazıblar. Buna misal olaraq milli lider haqqında yazılan “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, “Əbədiyyətə gedən yollar” və digər kitabları göstərmək olar. Tədbirdə şairin ulu öndər Heydər Əliyevə olan sonsuz sevgisindən bəhs edilib. Təsadüfi deyil ki, Zəlimxan Yaqub yaradıcılığında da Heydər Əliyevin Azərbaycan qarşısında xidmətlərinə həsr olunan “Əbədiyyət dastanı”, “Böyük ömrün davamı”, "Zərifə sevgisi-Heydər sevinci" və sair əsərlər var. Rəsmi hissədən sonra Cəfərabad kənd orta məktəbinin şagirdlərinin ifasında Zəlimxan Yaqubun “Böyük ömrün davamı” poemasından hissələr səsləndirilib.