Çərşənbə axşamı, 15 Avqust 2023 15:37

Günvurmadan necə qorunaq?

Son günlərdə havanın temperaturunun iqlim normalarından yüksək keçməsi səbəbi ilə Zaqatala rayonunda günvarma diaqnozu ilə xəstəxanalara müraciət edənlərin sayı artıb. Əsasən də, açıq havada sahədə və fərdi təsərrüfatlarda işləyənlər günvurmaya məruz qalırlar. Bəs vətəndaşlar günvurmadan necə qorunurlar? Günvurmanın əlamətləri zəiflik, baş gicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, ürəkbulanma və qusma, bədən hərarətinin yüksəlməsi, qıcolmalar və huşun itirilməsidir. Bu əlamətlər müşahidə edilən kimi təcili tibbi yardım çağırmaq və həkimlər gələnə qədər zərərçəkənə ilkin yardım etmək lazımdır. Xatırladaq ki, Səhiyyə Nazirliyi də günvurma ilə bağlı əhaliyə müraciət edib. Müraciətdə vətəndaşlar günorta saat 11-dən16-a dək günəş şuaları altından uzaq durmağa çağrılıb.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S