Super User
Avtomobil aşdı: xəsarət alanlar var…
Zaqatalada “Niva” markalı minik avtomobili aşıb, xəsarət alanlar var. Hadisə bu gün 10 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Faldar kənd sakini 42 yaşlı Elmin Eyvaz oğlu Qurbanov idarə etdiyi “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb. Qəza zamanı xəsarət alan Elmin Qurbanov və onun sərnişinləri Faldar kənd sakinləri 12 yaşlı Səyyarə Rüstəm qızı Rüstəmova, 43 yaşlı Fərqanə Abbas qızı Qurbanova, 50 yaşlı Gülayət Qurban qızı Bayramova və 21 yaşlı Sənəm Elmin qızı Qurbanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Müayinələri aparıldıqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Əla şam yeməyi - Qiyməli makaron | Kəndimiz 76-cı veriliş
Rotavirus infeksiyasinin əlamətləri | Doktor Mən 29.05.2022
Ana dilimizi qoruyaq | Zamanında 30.05.2022
Ümumi cərrah Kamil Quluzadə "Həkimcanlı"da 30.05.2022
Bayram ustadan File-roll | Yeməli 30.05.2022
Qış tədarükü - alça turşusu | Kəndimiz 75-ci veriliş
Əməkdar artist Təyyar Bayramov və onun tələbələri "Xəyalə olə axşam söhbəti"ndə 21.05.2022
Çay sahələrində qızğın iş gedir...
Zaqatalada artıq bir neçə gündür ki, çay yığımına başlanılıb. Erkən yazın yağmurlu keçməsi yığımı bi qədər ləngitsə də məhsuldarlığa müsbət təsir göstərib. Təsərrüfatçıların üzü gülür, məhsul ötən ilə nisbətən bol, qiymət də qaneedicidir. Belə ki, yaş çayın bir kiloqramının alış qiyməti bir manatdır. Ancaq əvvəllər 70 tona yaxın quru çay emal edilən Zaqatalada bu il cəmi bir neçə ton quru çayın emal ediləcəyi gözlənilir. O da havaların əlverişli keçməsi və edilən qulluğun hesabına. Suvarma sisteminin olmaması çayçıları yağan yağışın ümidinə qoyub. Yaxın aylarda bu problemin kökündən həll olunacağı gözlənilir. Təsərrüfatçılar hesab edir ki, suvarma sisteminin qurulması elə ilk illərdən məhsularlığın iki dəfəyədək artması ilə nəticələnəcək. Vaxtı ilə öz keyfiyyətinə görə nəinki Azərbaycanda, eləcə də dünyada tanınan Zaqatala çayının bu gün də yetərincə alıcısı var. Hal-hazırda rayonda bir kiloqram quru çayın qiyməti 25-35 manat aralığında dəyişir.
Zaqatalada tövlə yandı...
Zaqatalada isə tövlə yanıb. Yanğın hadisəsi bu gün günorta saatlarında rayonun Aşağı Tala kənd inzibati ərazisində Natella Lətifovaya məxsus, ümumi sahəsi 72 kv/m olan tövlədə baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə hallar Nazirliyinin Zaqatala rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 10 ton quru ot kütləsi yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılr.