Super User
Mətanət Əsədova: Keçmişə qayıtsam bir bəyin xanımı, uşaqların anası olardım |Həyat Tərzi 25.05.2023
Oftalmoloq Gülnarə Məmmədova \"Həkimcanlı\"da 25.05.2023
Terapevt-Reanimatoloq Aynurə Babayeva Həkimcanlıda 25.05.2023
\"Zəhərlənmə baş verən məktəbdə tədris dayandırılıb\"
Şəkinin Qudula kənd məktəbində ötən gün 27 nəfərin zəhərlənmə ilə bağlı rayon mərkəzi xəstəxanasına müraciətindən sonra bu gün də evə buraxılan xəstələrin bəziləri yenidən xəstəxanaya aparılıb. Valideynlər iddia edir ki, dərmanlanma prosesi və sonra təhlükəsizlik qaydaları kobud şəkildə pozulub. Şəki regional təhsil idarəsindən bildirilib ki, Qudula kənd orta məktəbindən götürülmüş müvafiq nümunələrdən müsbət cavab alınanadək məktəbdə tədris dayandırılıb. Keçirilməyən dərslər isə istirahət günlərində əvəzlənəcək. Respublikanın baş toksikoloqu isə zəhərlənmə faktının təsdiqini tapmadığını deyir. Beləliklə, hər bir halda görünən odur ki, dezinfeksiya işləri aparılan zaman elementar təhlükəsizlik qaydaları bilərəkdən və ya bilməyərəkdən kobud şəkildə pozulub. Xatırladaq ki, faktla bağlı hüquq mühafizə orqanları araşdırmanı davam etdirir. Müvafiq ekspertizalar təyin olunub. Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Məhşur sevilən doktor Seyfəddin Əsədin qonağıyıq | Xəyalə ilə \"Sizdəyik\" 21.05.2023
Uşaq hüquqlarının qorunması…
Audiovizual Şura uşaqların hüquqlarının qorunması prinsiplərini əsas tutaraq efirə gedən materiallar arasında monitorinqlər həyata keçirir. Telekanallar monitorinqlərin nəticələri barədə məlumatlandırılır. Telekanallarda uşaqlarla bağlı material hazırlanarkən onların hekayəsi və ya görüntüsünün yer aldığı mövzularda təqdimetmənin uyğunluğuna diqqət edilməlidir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Gəncədə keçirilən dəyirmi masada uşaqlara dair strategiyanın keçirilməsi üzrə şuranın 2020-2025-ci illəri əhatə edən fəaliyyət planı haqqında da məlumat verildi. “Audiovizual mediada uşaq hüquqlarının müdafiəsi” mövzusunda təşkil edilən tədbirdə uşaq hüquqlarının müdafiəsinin qorunması mövzusunda müzakirələr aparıldı. Müzakirələrdə Kəpəz Tv, El Tv, Kanal S, ARB Günəş və digər televiziyaların əməkdaşları da iştirak etdilər. Uşaqların təhlükəsizliyi, hüquq və mənafelərinin qorunması barədə fikilər səsləndirildi. Belə tədbirlərdə valideynlərin də iştirakı təklif edildi.
Günəbaxan yağı, saxta günəbaxan yağı necə seçilir | Elə çarə 24.05.2023
Əbdül Xalıq yaşadığı güclü depressiyadan danışdı | Həyat Tərzi 24.05.2023
Cavanşir Məmmədov saytda öldüyü barədə xəbər yazan şəxsi axtarır... | Həyat Tərzi 23.05.2023
“Qaynana əməliyyatı” tamaşasına ictimai baxış olub…
Qax Mədəniyyət Mərkəzində İsmayıl Dağıstanlı adına Xalq Teatrının Əhməd Orucoğlunun “Qaynana əməliyyatı” komediyası əsasında səhnələşdirdiyi eyniadlı tamaşaya ictimai baxış olub. Teatrın rejissoru Gülşad Paşayevanın quruluş verdiyi tamaşanın rejissoru Şəmsəddin Quliyev, musiqi tərtibatçısı Coşqun Nəzirli, səhnə tərtibatçısı Elvin Əzimovdur. Tamaşada rolları həvəskar aktyorlar İbrahim Paşayev, Aydan Əhmədli, Şəmsəddin Quliyev, Vüsalə Mustafayeva, Ceyran Rəcəbova, Nəvai Əliyev və Yusif Qurbanov ifa ediblər. Teatrsevərlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi ilk tamaşa uğurlu keçib və tamaşacılar tərəfindən alqışlarla qarşılanıb.