Super User
Şəkili şahmatçımız dünya çempionatında gümüş medal qazanıb...
Ölkə və dünya üzrə bir çox şahmat yarışlarından medallar, kuboklar, sertifikatlar sahibidir Süleyman. Onunla valideynləri, qohumları, müəllimləri, məşqçisi fəxr edir. 16 yaşlı Süleyman aprel ayında 54 ölkədən 509 şahmatçının mübarizə apardığı yarışda 2-ci yerə çıxaraq gümüş medala layiq görülüb. Süleymanın ən böyük dəstəkçisi olan anası ondan həmişə yüksək nailiyyətlər gözlədiklərini deyir.
Elşad Qarayevlə Salyanda Kim var, Kim yox? 18.05.2023
Bədii qiraət müsabiqəsinə yekun vuruldu…
Şamaxı rayon Mədəniyyət Mərkəzində Azərbaycanın xalq şairi, bədii-ictimai fikir tarixində yeni ədəbi məktəbin banisi Mirzə Ələkbər Sabirin anadan olmasının 161 –ci ildönümünə həsr olunmuş bədii qiraət müsabiqəsinin yekun mərhələsi keçirilib. Öncə dahi şairin məzarı ziyarət edilib. Mirzə Ələkbər Sabirin ev Muzeyinin direktoru, eləcə də digər çıxış edənlər bu müsabiqəni xalqımızın milli-mənəvi dəyərlərinə, Mirzə Ələkbər Sabir irsinə ən böyük qiymət kimi dəyərləndirib. Keçirilən yekun bədii qiraət müsabiqəsində qalib olan şagirdlər fəxri fərman, təşəkkürnamə, sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev Muzeyinin kollektivi “Muzey sahəsində səmərəli fəaliyyətlərinə görə” Fəxri fərmanla təltif edilib.
Nəzakət Əsədova \"Həyat Tərzi\"ndə 19.05.2023
\"Kristal\" qrupunun üzvü müğənni Gülüm və Aysel \"Xeyirli axşamlar\"da 18.05.2023
Eşitməyən qalmasın 19.05.2023
Cərrah oftalmoloq Elsəvər Həmidov \"Həkimcanlı\"da 18.05.202
Hepatoloq Könül Mahmudova Həkimcanlıda 18.05.2023
Şamaxıda flaşmob keçirilib…
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü münasibəti ilə flashmob keçirilib. Flashmobda Şamaxı Rayon Mərkəzi Xəstəxanasında çalışan tibbi heyət iştirak edib. Arterial hipertoniya arterial təzyiqin normadan yuxarı qalxması halıdır. Hipertoniyadan əziyyət çəkənlərin üçdəbiri müalicə alır və onların təxminən 12 faizi tibbi nəzarət altındadır, xəstələrin təxminən 45 faizi arterial təzyiqin yüksək olduğundan xəbərsizdir. Flaşmobun keçirilməsində məqsədsə bu xəstəliyə diqqət çəkmək və insanları maarifləndirməkdir.