Növbədənkənar prezident seçkiləri ilə əlaqədar MSK-nın maarifləndirmə proqramı çərçivəsində Qəbələ şəhər seçki dairələrində məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər davam edir. Treninqlərdə secki məntəqələrinin səsverməyə hazırlanması, səsvərmə prosesi, səslərin sayılması və səsvermənin nəticələri haqqinda rəsmi protokolların doldurulması qaydaları haqqında danışılıb. Komissiya üzvlərinə “Seçki günü üçün yaddaş” kitabçası və protokol nümunəsi verilib. Sonda treninq iştirakçılarının sualları cavablandırılıb. Qeyd edək ki, 116 saylı Qəbələ seçki dairəsində fəaliyyət göstərən 59 məntəqənin komissiya üzvlərinin treninqi mərhələli olaraq yanvarın 23-dək davam edəcək.