Şəkidə İnsan Hüquqları üzrə Müvəkkil Aparatının MSK ilə birgə təşkil etdiyi "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda növbəti maarifləndirici tədbiri baş tutub. Çıxış edənlər bu kimi tədbirlərin növbədənkənar prezident seçkilərinə hazırlıq məqsədilə keçirildiyini, seçki hüquqlarının, seçki prosedurlarının daha aydın izah olunması məqsədi daşıdığını vurğulayıb. Tədbirdə həmçinin seçki hüququnun daha səmərəli təmini, hər bir kəsin iradəsini ifadə etməsi, seçimini edə bilməsi üçün şəraitin yaradılmasından, seçki prosesində aşkarlıq və ədalətlilik prinsiplərinin təmini məqsədi ilə görülən işlərdən, qarşıdan duran vəzifələrdən, müşahidəçilik institunun əhəmiyyətindən danışılıb. Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzuyla bağlı müzakirələr aparılıb.