Super User

Super User

Mayın 10-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində başından ağır güllə yarası alan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Müslüm Mahmudlu hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunur...  Müslüm Mahmudlu Qax rayonunun Əmircan kəndindəndir.Yaralı hərbi qulluqçumuzun ailəsi bildirib ki, hərbçimiz əməliyyat olunub. Hazırda o, reanimasiya şöbəsindədir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Şəki rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki kuboku 2023\" turnirinin bağlanış mərasimi keçirilib. Turnirin əsas mükafatı olan kuboku “Ədliyyə” komandası sahiblənib, qalib komanda medal və diplomlarla da mükafatlandırılıb. Bundan başqa 2-ci, 3-cü və 4-cü yerləri tutan komandalar da medal və diplomlarla mükafatlandırılıb. Eləcə də turnirin ən yaxşı qapıçısı və ən yaxşı oyunçusu nominasiyaları üzrə mükafatlar da öz sahiblərini tapıb. Qeyd edək ki, turnirdə ümumilikdə 18 komanda mübarizə aparıb.

Cümə axşamı, 11 May 2023 21:05

Peşə hazırlığı kurslarına maraq artır…

Kurslarda hazırda 17 aktiv peşə kursu mövcuddur. Kurslara cəlb edilən vətəndaşlara təmirçi-çilingər, qənnadçı,şirniyatçı, xalça və xalça məmulatının bərpaçısı, dərzi , xalça məmulatı bərpaçı rəssam və digər peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. Kurslar​ Dövlət Məşğulluq Agentliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin​ Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində müasir əmək bazarının tələblərinə uyğun təşkil edilir. 17-50 yaş aralığında, minimum orta təhsilli şəxslər yaşadıqları​ ərazi üzrə Regional Məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər. Əvvəlcə müraciət edən şəxslərin məşğulluq imkanları qiymətləndiriləcək, daha sonra peşə hazırlığına uyğunluğu müəyyən olunmuş şəxslər​ kurslara cəlb olunacaq. Qeyd edək ki Peşə hazırlığının məqsədi işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasından ibarətdir.​

Şahin Maksudov deyir ki, çöl quşlarına həmişə böyük marağı olub. Məhz bu maraq sayəsində təsadüfən qarşısına çıxan yumurtalardan çıxan cücələri saxalayaraq böyüdüb və qırqovul olduğunu görüb. O, ilk vaxtlar gəlir gətirəcəyini düşünmədən sadəcə bəzək xatirinə saxladığı quşlara təlabat olduğu üçün təsərrüfatı genişləndirməyə qərar verib. Şahin kişinin sözlərinə görə indiyədək bir çox kənd təsərrüfatı sahələri ilə məşğul olsa da qırqovul təsərrüfatı qədər heç biri gəlir gətirməyib. Yerli növ qırqovul olduğundan bu quşlar soyuğa və xəstəliyə davamlıdırlar, ətinin dadından isə danışmağa dəyməz, dillər əzbəridir. Quş həvəskarları qırqovulu bəzək quşu kimi də alaraq saxlayırlar. Çəkisi 1.5 kiloqramadək olan qırqovullar ev quşları kimi arpa, buğda və otla qidalanırlar. Şahin kişi gələcəkdə təsərrüfatı daha da böyütmək, iri ferma yaratmaq, qırqovullarının sayının 1000 başa çatdırmağı planlaşdırır.

Cümə axşamı, 11 May 2023 18:51

Tənha qadını it parçaladı…

İsmayıllı rayon sakini it hücumuna məruz qalıb. Məlumata görə bu gün rayonun Qubaxəlilli kənd sakini, 67 yaşlı Aidə Yusifovaya yaşadığı evin həyətində naməlum it hücum edib. Sahibsiz küçə iti yerə yıxılan ahıl yaşlı qadının üz, baş və çiyin nahiyyəsindən dişləyərək xəsarət yetiriblər. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə aparılıb. Tənha yaşayan qadının xəsarətləri ağır olduğu üçün ona quduzluğa qarşı vaksin vurulub, hazırda xəstəxanada müalicə olunur.

Çərşənbə axşamı, 09 May 2023 18:49

Komandalar arasında yoldaşlıq oyunu…

Zaqatala Olimpiya İdman Kompleksində Zaqatala Futbol Komandası ilə, heyətində müharibə iştirakçıları və qazilər olan DİFAİ FK-nın görüşü baş tutub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Ulu Öndər Kuboku yarışında bu iki komandanın görüşünün keçirilməsində əsas məqsəd komandalar arasında əlaqə və yoldaşlıq münasibətinin qurulmasıdır. Zaqatala Olimpiya idman kompleksinin futbol meydançasnda keçirilən görüş çərçivəsində Zaqatala Futbol komandasının üzvləri yeni yaradılan komandanın üzləri ilə öz təcrübələrini bölüblər.

402 -dən səhifə 614

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S