Şəkidə turistlərin olduğu avtobus aşıb. Hadisə Şəki şəhəri, Mustafabəyov İstirahət Mərkəzinə aparan dağlıq ərazidə qeydə alınıb. İçərisində 23 nəfər turistin olduğu İsuzu” markalı avtobus dərəyə uçub. Qəza nəticəsində yaralananlar var. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını, şəxsi heyəti və xilasedicilər cəlb olunub. Avtobusu idarə edən şəxs Samux rayon sakini 63 yaşlı Eyyar Əhmədov olub. Avtobusdakılar Samux rayon sakinləridir. Onlardan 16 nəfəri şagird, 6 nəfərin isə müəllim və yaxud valideyn olduğu bildirilir. Yarılıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.