Şəkidə görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadəyə həsr edilmiş 4-cü Türk Dünyası Tarix, Mədəniyyət və Ədəbiyyat beynəlxalq konfransı keçirilib. Konfrans Türkiyənin İqtisadiyyat universiteti ilə AMEA-nın Folklor və Ədəbiyyat institutlarının birgə təşkilatlığı ilə baş tutub. Konfrans hər il Bakıda keçirilsə də, bu il Şəkidə təşkil edilib. Konfrans iştirakçıları ilk öncə Bəxtiyar Vahabzadənin ev muzeyini gəziblər və müzakirələr aparıblar. Daha sonra konfrans ADPU-nun Şəki filialında davam edib. Konfransda çox sayda elmi işçi, profesor, müəllim və sair mütəxəssislər iştirak edib. 3 ayrı auditoriyada keçirilən konfransa onlayn şəkildə qatılanlar da olub. Bəxtuyar irsinin geniş müzakirə edildiyi konfransda onun əsərləri təhlil edilib. Konfransda ADPU-nun Şəki filialının direktoruna və AMEA Folklor İnstitutunun şöbə müdirinə diplomlar təqdim edilib.