Göl Zaqatalanın Mişleş kəndi yaxınlığında, Qaraqaya ərazisində, Çayarxac dərəsində əmələ gəlib.Gölün yaranmasına bir ay əvvəl rayona yağan aramsız yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində sürüşmə olub və sıldırım qaya uçaraq dərəni bağlayıb. Nəticədə göl əmələ gəlib. Yeni əmələ gələn göl yaşayış məskənindən 20-25 km məsafədə sıldırım ərazidə yerləşir. Gölün daşması və ya başqa hər hansı bir təhlükə ehtimal edilmir. Yerli sakinlərin bildirdiyinə görə, bu cür hallar yüksək dağlıq ərazilərdə daha əvvəllər də baş verib.