Super User
Çərşənbə axşamı, 04 Oktyabr 2022 08:58
Qıpçaq təpələrinin araşdırılmasına ehtiyac var...
Şimal-Qərb bölgəsində əcdadlarımızın yaşadığı məskənllərin izləri hələ də qalmaqdadır. Belə qədim yaşayış məskənlərindən biri də Qax rayonunun Qıpcaq kəndi ərazisindəki Qıpcaq təpələri adlanan ərazidir. Ancaq təəssüf ki, bu ərazinin tarixi barədə ətraflı məlumat verə bilmirik, çünki bunun üçün araşdırmalar aparılmayıb. Ardını sujetdə davam etdirəcəyik... Qıpcaq təpələrində zaman-zaman üzə çıxan əşyalar və tarixi tapıntılar həmin ərazilərin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir. Ətrafda yaşayan sakinlər deyir ki, Əyriçayın kənarındakı təpəliklərdə gəzərkən qədim saxsı qab və şüşə qırıntılarına rast gəlmək mümkündür. Ərazidə yerləşən qədim qəbiristanlıqdakı qəbir daşları və qəbirüstü abidələr də buranın qədimliyindən xəbər verir. Ərazidə daha əvvəl araşdırmalar aparılsa da sonradan dayandırılıb. Yerli sakinlər bu yerlərdə geniş araşdırma aparılmasını, arxoloqların cəlb edilməsini vacib sayır. Ümid edirik ki, elə aidiyyatı qurumlar da sakinlərin səsinə səs verib bu yaşayış məskəninin daha geniş öyrənilməsi üçün araşdırmalar aparar və ictimaiyyətə daha geniş məlumat verilər. Qıpçaqlılar da yaşadıqları ərazinin tarixini bilmiş olar.
Published in
XƏBƏRLƏR
Tagged under
Çərşənbə axşamı, 04 Oktyabr 2022 07:32
Yeni mövsümün ilk efiri "Nahara az qala" 03.10.2022
Published in
NAHARA AZ QALA
Tagged under
Çərşənbə axşamı, 04 Oktyabr 2022 07:23
Stomatoloq Ramil Yusubov "Həkimcanlı"da 03.10.2022
Published in
HƏKİMCANLI
Tagged under
Bazar ertəsi, 03 Oktyabr 2022 17:08
Zəhərli zobun əlamətləri | Doktor Mən 02.10.2022
Published in
Doktor Mən
Tagged under
Bazar ertəsi, 03 Oktyabr 2022 10:31
Yanmış meşə sahələri necə bərpa olunacaq?
Təəssüf doğursa da, yay fəsli həm də ölkə ərazisində bir sıra meşə yanğınları ilə yadda qaldı. Günlərlə davam edən bu yanğınların söndürülməsində aidiyyati qurumlarla yanaşı, yerli sakinlər də səylərini əsirgəmədilər. İndi həmin sakinlər və ümumiyyətlə hamı üçün maraqlı olan bir məqam var. Yanğın nəticəsində bərbad hala düşən ağ ciyərlərimiz bərpa olunacaqmı ? Bu istiqamətdə hansı tədbirlər görüləcək? Meşə yanğınları zamanı həmin ərazinin bitki və heyvanat aləminə ciddi ziyan dəyir. Mütəxəssislər deyir ki, məhv olan meşələrin əvvəlki halına dönməsi üçün 50 il vaxt lazım olur. Yanğınların hansı böyük ekoloji fəsadlara gətirib çıxardığını nəzərə alsaq, hər bir vətəndaş bu sahədə üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Yanğınların söndürülməsi işində yaxından iştirak edən vətəndaşları indi bir məsələ düşündürür. Yanğından zərər çəkmiş meşə sahələrini yaşıllaşdırmaq üçün hansı tədbirlər görüləcək ?! Hazırda Şabran, Siyəzən, Quba, Xaçmaz, Qəbələ, Oğuz və Zaqatala rayonlarının yanğına məruz qalmış meşə fondunda bərpaya ehtiyac olan ərazilər müəyyənləşdirilir. Yanğına məruz qalmış ərazilərdə payız ağac əkini mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi proqram hazırlanır, əsas istiqamətlər müəyyənləşdirilir. Proqramda bölgələr üzrə yanğına məruz qalmış sahələr təsnifatlandırılaraq bərpa işlərinin ümumi istiqaməti müəyyənləşdiriləcək və görüləcək işlər öz əksini tapacaq. Meşələrin bərpasında yerli meşə şəraitinə uyğun Qafqaz vələsi, adi göyrüş, nəhəng ağcaqayın, palıd və s. meşəcinsli toxumlardan və tinglərdən istifadə olunacaq. Təbiət özünübərpa xüsusiyyətinə malik olduğundan bəzi yanmış meşə ərazilərimizdə təbii bərpa prosesi müşahidə olunur. Artıq Şabran rayonu ərazisində yanğına məruz qalmış meşə ərazisində təbii bərpa prosesi başlayıb. Nazirlik rəsmisinin sözlərinə görə, bərpa tədbirləri aparmaq mümkün olmayan meşələr təbii halda bərpa olunacaq. Həmin ərazilərdə mühafizə tədbirləri də həyata keçiriləcək.
Published in
XƏBƏRLƏR
Tagged under
Bazar ertəsi, 03 Oktyabr 2022 10:16
Ay həkim, olacaqdır mən nə edim? | Hacı Dayının Nəvələri 36-cı veriliş
Published in
Hacı dayının nəvələri
Tagged under
Şənbə, 01 Oktyabr 2022 12:55
Uzman uroloq-androloq Kamranbəy Qasımov "Həkimcanlı"da 01.10.2022
Published in
HƏKİMCANLI
Tagged under
Şənbə, 01 Oktyabr 2022 12:01
Şəkidə xarabalığa çevrilən tarixi hamam...
Tarixi və abidələriylə turistləri özünə cəlb edən Şəkidə hələ də bir çox abidənin yenidən bərpa və ya restavrasiya olunmasına ciddi ehtiyac var. Bunlardan biri də tarixi tikili olan Dərə hamamıdır. Bir zamanlar insanların paklanmasını təmin edən hamamın bu gün özünün ağ günə çıxmasına ehtiyac var. Şəkinin Gəncəli məhəlləsində yerləşən XIX əsrdə sahibkar Məmmədnəbi tərəfindən tikilən “Dərə hamamı” baxımsızlıq ucbatından yararsız haldadır. Ümumi sahəsi 89 kvadratmetr hamama su saxsı borular vasitəsilə yaxınlıqdakı qədim su kəmərindən verilib. Ötən əsrin 80-ci illərinə qədər fəaliyyət göstərən hamam artıq 40 ildir ki, qapılarını sakinlərin üzünə bağlayıb. Hazırda pəncərələri sındırılan, qapısı qıfıllanan Dərə hamamının içində sakinlərin dediyinə görə ilanlar, gəmiricilər, eləcə də sahibsiz itlər məskən salıb. Həmçinin hamamın uçan tavan və divarları məhəllə sakinləri üçün də təhlükə yaradır. Məsələ ilə bağlı Yuxarı Baş Milli Tarix Memarlıq qoruğundan bildirildi ki, hamam təmir-bərpa ediləcək abidələrin siyahısına salınıb. Bərpadan sonra tarixi abidənin yenidən fəaliyyətə başlayacağı da istisna edilmir. Belə görünür ki, hamamın yenidən restavrasiya edilib köhnə günlərinə qayıtmasına az qalıb. Biz də ümid edək ki, deyilən sözlər və layihə kağız üzərində qalmaz .
Published in
XƏBƏRLƏR
Tagged under
Şənbə, 01 Oktyabr 2022 11:25
"Dastana dönən qəhrəmanlar"
Published in
XƏBƏRLƏR
Tagged under
Şənbə, 01 Oktyabr 2022 08:50
Sərnişin avtobusu yük avtomobili ilə toqquşdu, yaralananlar var...
Bu gün axşam saatlarında Şəkinin Salman Mumtaz küçəsində yol qəzası olub. Balakəndən Bakıya gedən Mercedes markalı sərnişin mikroavtobusu ilə Uaz markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində UAZ-ın sürücüsü Şəki sakini 64 yaşlı Səyyar Səlimov və mikroavtobusun sərnişinlərindən biri 27 yaşlı Balakən sakini Ulduz Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Published in
XƏBƏRLƏR
Tagged under