Super User

Super User

Tədbirdə Rayon İcra Hakimiyyətinin, Şəki- Zaqatala Regional Təhsil İdarəsinin rəsmiləri və təhsil işçiləri iştirak ediblər. Tədbirdə təhsil mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan islahatlar və şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısından danışılıb.

Bir müddətdir ki, İsmayıllı rayonunda şəhərdaxili avtobusların fəaliyyətində ciddi problem yaranıb. Əksər avtobuslar yoxa çıxıb. Nəticədə rayon sakinləri istədikləri ünvanlara ya piyada gedir, ya da taksidən istifadə edirlər. Qaynar xəttimizə müraciət əsasında əmakdaşlarımız İsmayıllı rayonunda olub və bir ərşə çəkilən avtobusların aqibətini öyrənməyə çalışıblar. İsmayıllıda neçə müddətdir ki,dayanacaqlar sakinlərə, sakinlər isə avtobus üzünə həsrət qalıb. 2020-ci ildə rayona smart tipli müasir “ağıllı” avtobus dayanacaqları da quraşdırılıb. Ancaq bu dayanacaqlar da istifadə edilmir. Səbəbsə rayonda marşrut avtobuslarının işləməməsidir. Rayon ərazisində fəaliyyət göstərən marşrutların birdən-birə yoxa çıxması sakinlərin narazılığına səbəb olub. Əsasən də günəşli və yağışlı havalarda ictimai nəqliyyatın yoxluğundan əziyyət cəkən sakinlər getdikləri ünvana ya piyada getməli olurlar yada ki, taksiylə. Bu da onlara baha başa gəlir. Sakinlər deyir ki, avtobusla 30 qəpiyə getdikləri yolu indi taksilərlə 2 manata gedirlər. Yükləri çox olanda isə qiymət qalxır. Əvvəllər rayon ərazisində 5 marşrut avtobusu fəaliyyət göstərib. Hazırda isə aztutumlu bir sərnişin avtobusu sakinlərə xidmət göstərir ki, bu da onları qane etmir. Sakinlər məsələylə bağlı aidiyyatı qurumlara da dəfələrlə müraciət ediblər. Onlara nəqliyyat vasitələrinin istismara yararsız olduğu üçün xəttdən çıxarıldığı bildirilsə də üstündən aylar keçib. Ancaq hələ də avtobuslar təmirdən qayıtmayıb. Elə biz də yoxa çıxan və təmirə göndərilən avtobusların izinə düşərək onların ikisini rayon ərazisində fəaliyyət göstərən avtovağzalın həyətindən tapdıq. Hər ikisi yararsız vəziyyətdə təmir ediləcək günlərini gözləyirlər. İnterşum/Yarasız vəziyyətdə olan avtobuslar Məsələ ilə bağlı “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nə də müradciət etdik. Bildirildi ki, ... Belə görünür, İsmayıllı rayon sakinləri hələ uzun müddət şəhərdaxili avtobusların yoxluğundan əziyyət çəkəcək. Hər halda 55 mindən çox əhalisi olan şəhərdə iki marşrutun faəliyyəti ona əsas vermir ki, rayon sakinlərinin problemləri həll olunmuş hesab edilsin.

Çərşənbə, 05 Oktyabr 2022 10:31

Məktəb direktoru məktəbə buraxılmadı...

Son günlər təhsil müəssilərində baş verən xoşagəlməz hadisələr gündəmdədir. Təəsüf ki, belə hadisələrdən biri də Şəkinin Cəfərabad kənd orta məktəbində baş verib. Belə ki, müəllim və şagirdlər dərslərə qatılmayıb. Etirazçılar məktəbin direktorunun məktəbə girməsinə imkan verməyiblər. Cəfərabad kənd orta məktəbinin müəllimləri iddia edir ki, bir müddət öncə haqqında araşdırma başladılan Rahim Salamov təhvil-təslim prosesinin aparılmasına baxmayaraq hələ də direktor kimi fəaliyyətini davam etdirir. Bu isə məktəb kollektivinin kəskin etirazına səbəb olub və onlar dərslərə girməyə imtina ediblər. Hadisə yerinə gələn Elm və Təhsil nazirliyinin Şəki- Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları qaldırılan iddialarla bağlı araşdırmalara başlanıldığını bildiriblər. İddialar təsdiqini tapacağı təqdirdə məsələylə bağlı tədbir görüləcək. Xatırladaq ki, Cəfərabad kənd orta məktəbində 12 sinifdə 252 nəfər şagird təhsil alır və onlara 49 nəfər müəllim dərs deyir. Araşdırmanın nəticəsi ilə bağlı isə ictimaiyyətə əlavə məlumat veriləcək.

Çərşənbə, 05 Oktyabr 2022 08:21

İsmayıllıda şagird bıçaqlanıb...

İsmayıllıda bıçaqlanma hadisəsi baş verib. Rayonun Xanagah kənd sakini, 19 yaşlı Hafiz Nəbiyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdi, 15 yaşlı Nihat Fətəliyevi bıçaqlayıb. Onların arasında mübahisə və bıçaqlanma hadisəsi kənd yolunda baş verib. Döş qəfəsindən və bədənin digər 4 nahiyyəsindən xəsarətlər alan Nihat təcili olaraq rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan şagirdin vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törədən Hafiz Nəbiyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Çərşənbə axşamı, 04 Oktyabr 2022 10:25

Saat neçədir? | Hacı dayının nəvələri 37-ci veriliş

Çərşənbə axşamı, 04 Oktyabr 2022 08:58

Qıpçaq təpələrinin araşdırılmasına ehtiyac var...

Şimal-Qərb bölgəsində əcdadlarımızın yaşadığı məskənllərin izləri hələ də qalmaqdadır. Belə qədim yaşayış məskənlərindən biri də Qax rayonunun Qıpcaq kəndi ərazisindəki Qıpcaq təpələri adlanan ərazidir. Ancaq təəssüf ki, bu ərazinin tarixi barədə ətraflı məlumat verə bilmirik, çünki bunun üçün araşdırmalar aparılmayıb. Ardını sujetdə davam etdirəcəyik... Qıpcaq təpələrində zaman-zaman üzə çıxan əşyalar və tarixi tapıntılar həmin ərazilərin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir. Ətrafda yaşayan sakinlər deyir ki, Əyriçayın kənarındakı təpəliklərdə gəzərkən qədim saxsı qab və şüşə qırıntılarına rast gəlmək mümkündür. Ərazidə yerləşən qədim qəbiristanlıqdakı qəbir daşları və qəbirüstü abidələr də buranın qədimliyindən xəbər verir. Ərazidə daha əvvəl araşdırmalar aparılsa da sonradan dayandırılıb. Yerli sakinlər bu yerlərdə geniş araşdırma aparılmasını, arxoloqların cəlb edilməsini vacib sayır. Ümid edirik ki, elə aidiyyatı qurumlar da sakinlərin səsinə səs verib bu yaşayış məskəninin daha geniş öyrənilməsi üçün araşdırmalar aparar və ictimaiyyətə daha geniş məlumat verilər. Qıpçaqlılar da yaşadıqları ərazinin tarixini bilmiş olar.
353 -dən səhifə 471

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S