Şəki şəhərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti tərəfindən TƏBİB-in təşkilatı dəstəyi ilə "Milli invaziv cərrahiyyə bugün" adlı konfrans keçirilib. Çıxış edənlər səhiyyə sahəsində hazırki vəziyyət, innovasiya və yeniliklərin tətbiqindən danışıblar. Konfrans çərçivəsində bölgənin 15 rayonunda çalışan 200-dən artıq cərrah, ginekoloq, radioloq, qastroenteroloq, uroloq və həkim endoskopistlər üçün seminarlar keçirilib.
Azərbaycanda minimal invaziv cərrahiyənin bu günü, Laparaskopik cərrahiyədə ən son yeniliklər, minimal invaziv urologiyanın bu günü və s mövzularda məruzələr dinlənilib. İştirakçıları maraqlandıran suallar ətrafında diskussiyalar təşkil edilib. Konfransın ardınca endoskopik, tiroidektomiya, laparoskopiya, miomektomiya, TUR prostat rezeksiyası, lazer prokotloji əməliyyatlar ixtisaslı mütəxəssislərin moderatorluğu ilə canlı yayımlanıb. Həmçinin cərrahiyyə və əməliyyat tibb bacıları üçün canlı cərrahiyə və treninq kursu təşkil olunub.
Şənbə, 20 Aprel 2024 13:00