Super User
“Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsi başa çatdı…
Zəfər Gününə həsr olunmuş “Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb. Düşərgənin bağlanış mərasimində Gənclər Fondunun, Qax Rayon İcra Hakimiyyətinin,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və digər qurumların rəsmiləri, eləcə də Qarabağ qaziləri və Vətən Müharibəsi Qəhrəmanları iştirak ediblər. Mərasim düşərgə iştirakçılarının təqdimatında hərbi proqramın nümayişi, vətənpərvərlik ruhunda biri-birindən maraqlı şeir, musiqi və rəqs nömrələri ilə davam edib. Sonda 120 gəncin iştirakı ilə baş tutan “Xüsusi Təyinatlı Gənclik” - 2 hərbi-vətənpərvərlik düşərgəsinin qalib komandası müəyyənləşib. 5 gün boyunca yüksək nizam-intizam və fəaliyyətlərdə daha aktiv iştirak edən, qiymətləndirmə meyarları üzrə ən yüksək nəticə göstərən “Dəniz pişikləri” komandası 2022-ci il üzrə düşərgənin qalibi elan olunub. Qalib komandaya kubok, medal və hədiyyələri düşərgənin təlimatçıları və Vətən müharibəsi qaziləri təqdim ediblər. Artıq ikinci ildir ki, təşkil olunan və gənclər tərəfindən böyük maraqla qarşılanan düşərgənin hər il keçirilməsi nəzərdə tutulur.
Abidə mühafizəçiləri 3 günlük təlim üçün bir araya gəliblər…
Şəkidə Heydər Əliyev mərkəzində, Mədəni İrsin qorunması, İnkşafı və Bərpası üzrə Dövlət Xidmətinin elmi-metodiki ixtisasartirma tərəfindən təşkil edilən tədbirdə abidə mühafizəçiləri bir araya gəliblər. 3 gün davam edəcək təlimdə 20-dən çox abidə mühafizəçisi iştirak edib. Seminara sahə üzrə həm nəzəri, həm də praktiki biliklərə malik olan ekspertlər və təlimçi müəllimlər dəvət edilib. Təlimdə əsas məqsəd abidə mühafizəçilərinin peşəkarlıq baxımından biliklərinin artırılması olub. Belə tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub. Sonda isə, təlimdə iştirak edən fəallıq göstərən iştirakçılara sertifikatlar veriləcək.
Şamaxıda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsini hörmət və ehtiramla anıblar. Sonra Şamaxı rayonunda salınmış Şəhidlər Xiyabanında ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının 30 il ərzində zəngin, şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıblar. Partiyanın yaranmasının tarixi bir zərurət, eyni zamanda gənc dövlətimizin gələcək taleyi üçün dönüş nöqtəsi olduğu vurğulanıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP zəngin və şərəfli inkişaf yolu keçərək bugün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər əldə edir. Xalqın sevgisini və dəstəyini qazanan partiya ölkədə sabitliyin təminatında avanqard rolunu oynayır. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, təşəkkürnamələr,partiya sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri, II Qarabağ müharibəsi iştirakçılarına isə “Vətən Müharibəsi iştirakçısı” medalları təqdim olunub. Daha sonra Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyi münasibətilə “Yeni Azərbaycan rayon ərazisidnə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində ərazinin relyefinə uyğun olaraq müxtəlif növlər üzrə 150 ədəd ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Xalq artisti, virtuoz balaban ifaçısı Əlixan Səmədov "Sənətdəsən"də 12.11.2022
Xalq artisti Könül Xasiyeva ilə Kim var, Kim yox? 10.11.2022
Avtomobillər toqquşdu, 83 yaşlı sürücü yaralandı…
Bu gün Şəki şəhər Salman Mumtaz küçəsində 31 yaşlı Nəriman Mustafayevin idarə etdiyi "Kia" markalı avtomobillə 83 yaşlı Abuzər Abdullayevin idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Abuzər Abdullayev ilkin tibbi yardım göstərildikdən sonra Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Fərqlənmə nişanı olamayan taksi sürücüləri cərimələndi...
Qaxda taksi fəaliyyəti ilə məşğul olan sürücüləri fərqlənmə nişanına cəlb etmək məqsədilə reyd keçirilib. Reyd Qax rayon Polis idarəsinin Yol Polisi bölməsinin əməkdaşları və Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən birgə təşkil olunub. Reyd zamanı əlliyə yaxın taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb və onlarla maarifləndirici söhbətlər aparılıb. Ona yaxın sürücüyə isə inzibati qaydada protokol yazılaraq cərimə olunublar. Bu cür reydlərin mütəmadi olaraq dəvam etdiriləcəyi bildirilir.
Şəkidə insan sümükləri tapılıb…
Qalıqlar ərazidə yerləşən və hazırda “Şəbəkə sexi” kimi fəaliyyət göstərən tarixi birmərtəbəli tikilidə tapılıb. Belə ki, beton döşəmənin təmiri zamanı 0.8 sm – 1.2 metr dərinlikdə 100 ilə qədər müddətə aid 2-3 yenidoğulmuş və ya azyaşlıya məxsus sümük qalıqları aşkar edilib. Hadisə yerinə Turizm Agentliyinin, antropologiya institunun nümayəndələri və prokurorluq əməkdaşları cəlb edilib. Aşkarlanmış sümüklərə və binanın ətrafında qazılmış yerlərə baxış keçirilib. Ətrafda maddi mədəniyyət nümunələrinə rast gəlinməyib. Tapılmış sümüklərin daha artıq ola bilməsi ehtimalına qarşı qazıntıların davam etdirilməsinə qərar verilib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırmalar davam edir.
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində arıçılıq təsərrüfatı yenidən qurulub...
“Şəhərdən Kəndə” layihəsinə müraciət edən arıçı fermer aqroturizm modulu üzrə keçirilən xüsusi təlim proqramında iştirak edib və proqramı uğurla tamamlayıb. Bununla da arıçılıq məhsullarının istehsalı və satışı ilə yanaşı, təsərrüfat sahəsində yerli və xarici turistləri qonaq etməklə əlavə gəlir mənbəyi yaradıb. Layihə çərçivəsində təsərrüfatda yenidənqurma işləri aparılıb və təsərrüfat abadlaşdırılıb, bir sıra avadanlıqlar və əşyalarla təmin olunub. Görülən işlərlə tanış olmaq məqsədi ilə “Aqrar Tədarük və Təchizat” ASC-nin və rayon icra hakimiyyətinin rəsmiləri təsərrüfatı ziyarət ediblər. Tanışlıq turunda Şəhid övladları və aztəminatlı ailəlrin uşaqları da iştirak edib. Oyun meydançasında əylənən azyaşlılar təsərrüfatda sərgilənən milli mətbəx nümunələrini dadıb. Onlara hədiyyələr təqdim edilib. “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır. Bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 115 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 134 fermer təsərrüfatından 97-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.
"Məktəbdən karyeraya başla"
Şəki şəhərində Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə məktəblilərlə “Karyera planlaması” adlı tədbir baş tutub. Əsas məqsədi 8-11-ci sinif şagirləri arasında peşəyönümlü məsləhət xidmətlərinin aparılması olan tədbirdə icra hakimiyyətinin, məşğulluq agentliyinin nümayəndləri, müxtəlif peşə sahibləri, məktəblilər iştirak ediblər. Çıxış edənlər şagirdlərə gələcək karyeralarında uğur qazanmağın ilkin mərhələsi olan ixtisas seçiminin vacibliyindən danışıblar. Tədbirdə gənclərə karyera axtarışında uğurlu seçim, əmək bazarındakı vəziyyət, ixtisas və ya peşə seçimi edərkən nələri nəzərə almaq lazımdır və s. mövzular haqqında məlumatlar verilib. Həmçinin xatırladılıb ki, xidmətin saytında mövcud olan alo karyera, ixtisas.az kimi elektron resurslar şagirdlərə gələcək ixtisas seçimində köməklik edə bilər. Tədbirə dəvət olunan müxtəlif peşə sahibləri öz uğurlu karyeraları və təcrübələrini məktəblilərlə paylaşıblar. Sonra şagirdləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb. Debatlarda aktiv iştirak edən gənclərə hədiyyələr təqdim olunub.