Super User

Super User

Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 yaşlı Astara sakini İlyas Dadaşov saxlanılıb. Ondan 2 kiloqram 100 qram heroin və 3 kiloqram marixuana götürülüb. Araşdırmalarla onun maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlb olunduğu müəyyən edilib.

O, qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən həmin 5 kiloqram narkotik vasitəni sifariş əsasında Rusiya ilə sərhədyanı əraziyə çatdırmalı və bunun qarşılığında 1500 manat gəlir əldə etməli imiş. Məhkəmənin qərarı ilə Dadaşov barəsində həbs qətimkan tədbiri seçilib.

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib. Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində Şəki Dövlət Dram Teatrında Xəqani Əliyevin “Çələbi xan” tamaşası nümayiş olunub. Tamaşada Şəki xanı Hacı Çələbi xanın həyatından, Azərbaycan xanlıqlarını birləşdirmək uğrunda mübarizəsindən bəhs edilir.

Layihədə Şəki rayon ümumi təhsil müəssisələrində təhsil alan 14-17 yaşlı 1200 şagirdin iştirakı nəzərdə tutulub. Layihənin məqsədi uşaq və gənclərdə estetik zövqü formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Çərşənbə axşamı, 11 İyun 2024 11:22

Mayonezin tərkibinin yoxlanma üsulu | Elə çarə 11.06.2024

Bazar ertəsi, 10 İyun 2024 18:54

Səhər dəmi 11.06.2024

301 -dən səhifə 692

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S