Super User
Nigar Fərhadın təqdimatında Sözün bitdiyi an... 13.01.2025
Katexlilərin yarım əsrlik su problemi
Balakənin ən böyük yaşayış məskənlərindən olan Katex kəndinin bir hissəsində sakinlər suyu keçmiş zamanalardakı kimi kəhrizlər vasitəsilə əldə edirlər. Özü də bu vəziyyət yarım əsrdir davam edir. Sakinlərin müraciəti əsasında əməkdaşlarımız sözügedən ərazidə olub. Ətraflı sujetdən izləyək...
Şəbnəm Tovuzlu, Pünhan Piriyev, Kənani və Zamir Zabitoğlu "5 gün" Mikayıl ilə"də 15.01.2025
Aktyor Murad İsmayıl "Xəbərin var?"da 15.01.2025
Şəkidə yol kəsişməsində işıqfor işləmir...
Şəkidə mərkəzi yolların birində işıqforların fəaliyyətində problem yaranıb. Hər an bədbəxt hadisə baş verə bilər. Bəs, problem niyə həll olunmur?
Şəkidə yol qəzası baş verib
Bu gün axşam saatlarında Şəkinin Hüseynqulu Sarabski prospektində “Hyundai” və “Volkswagen” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xoşbəxtlikdən heç kim xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Şəkidə yol qəzası baş verib
Bu gün axşam saatlarında Şəkinin Hüseynqulu Sarabski prospektində “Hyundai” və “Volkswagen” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xoşbəxtlikdən heç kim xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Narkotik satan və qanunsuz silah saxlayan şəxs saxlanıldı
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Əvvəllər də məhkum olunmuş rayon sakini, 29 yaşlı Fərhad Hüseynov saxlanılıb.
Onun idarə etdiyi avtomobildən və yaşadığı ünvandan 8 kiloqrama yaxın marixuana, eləcə də qanunsuz saxladığı 2 ədəd ov tüfəngi aşkarlanıb. Hüseynovun narkotik vasitələri satış məqsədilə saxladığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.
Qonaqkənd yolunda sürüşmə təhlükəsi
Şamaxı-Qonaqkənd avtomobil yolunda sürüşmə baş verir. Kəndin yeganə yolunda baş verən sürüşmə nəticəsində gediş-gəliş çətinləşib. Ərazidə asfalt örtüyü çökərək yolun bir hissəsini bağlayıb.
30 yaşlı qadın ölü tapıldı
Zaqatalanın Yengiyan kəndində bir uşaq anası vanna otağında ölü tapılıb. 30 yaşlı Asiyət Babayevanın dəm qazından zəhərlənərək öldüyü hesab edilir. Ailə üzvlərinin məlumatına görə, mərhumun qan azlığı və ürək çatışmazlığı da olub. Əvvəllər də bir neçə dəfə huşunu itirərək yıxılıb.
Ölümün dəqiq səbəbini öyrənmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Asiyət Babayeva Kəpənəkçi kəndində ərdə olub. Hazırda yoldaşından ayrılaraq 2 yaşlı qız övladı ilə anasıgildə yaşayırdı.