Super User
Çoban sənətinə maraq azalıb...
Növbəti sujetdə peşələrin ən qədimindən - çobanlıqdan bəhs edəcəyik... Asan görünən bu peşənin əslində xeyli çətinlikləri var. Zarafat deyil, yağış, qar demədən sürünü vəhşi heyvanlardan qorumaq, düzgün qulluq etməklə çoxlu bala əldə etmək, bir sözlə, ömrünü dağda-dərədə keçirməkdir çoban olmaq. Bəlkə də elə bu çətinliklərə görədir ki, indi sahibkarlar qoyun sürülərini etibar edəcək adam tapmaqda çətinlik çəkirlər.
Zümrüd: "Aygün Bəylər kişi toylarından sonra şalvar geydi, kepka taxdı" Həftənin qonağı 30.11.2024
Meyxanaçı Mehman Əhmədlinin ağır yol qəzası | Yollar bizi ayırmasın 30.11.2024
Səlim Abbasov ilə Saray qəsəbəsində Kim var, Kim yox? 29.11.2024
Şorun tərkibindəki təhlükəli qatqılar | Elə çarə 29.11.2024
Müğənni Mehriban Qənbərova və Sevgim " "5 gün" Mikayıl ilə"də 29.11.2024
Müğənni Mədinə Məlik və Mətin Rzazadə "Xəbərin var?" da 29.11.2024
Barmaqların sığalı və alın təriylə qədim sənəti yaşadanlar
İndi isə hələ də davam etdirilən, yaşadılan qədim sənətkarlıq növlərindən biri - dulusçuluq haqqında danışacağıq. Azərbaycanın turizm mərkəzlərindən olan Şəki qədim sənət növlərini qoruyub saxlayan ustalarla da məşhurdur. Son dövrlər dulusçuluq sənətini yaşadanlar az olsa da Şəkidə bu qədim sənəti nəsildən-nəslə ötürən ailələr var.
Ağır yol qəzasında 2 nəfər öldü
Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Gecə saatlarında M.F. Axundov küçəsində "Opel" markalı avtomobil motosiklet ilə toqquşub. Qəza nəticəsində 2 nəfər, motosikletin sürücüsü 42 yaşlı Natiq Abdullayev və sərnişini 46 yaşlı Mehman Camalov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
"Opel"in sürücüsü 30 yaşlı Turan Əzizli saxlanılıb. İlkin ehtimallara görə qəzaya yüksək sürət və yol hərəkət qaydalarının pozulması səbəb olub. Faktla bağlı araşdırma aparılır.